DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

06.11.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, vergi ödəyicilərinin təşviq edilməsi də nəzərdə tutulur: "Belə ki, vergi ödəyiciləri tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları bir il ərzində tam həcmdə ödənildiyi təqdirdə, sanksiya məbləği 10 % azaldılacaq. Digər mühüm dəyişiklik isə gecikdirilmiş borclara görə hesablanan faizlərlə bağlıdır. Belə ki, hər gecikdirilmiş gün üçün hesablanan 0,1 % dəbbə pulunun 0,05%-ə, yəni iki dəfə azaldılması nəzərdə tutulur".

O qeyd edib ki, bununla da qanunvericiliyə riayət etmək və vergi borclarını vaxtında ödəmək istəyən vergi ödəyiciləri üçün əlavə imkanlar yaradılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью