DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək.
"Cebheinfo.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, vergi ödəyicilərinin təşviq edilməsi də nəzərdə tutulur: "Belə ki, vergi ödəyiciləri tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları bir il ərzində tam həcmdə ödənildiyi təqdirdə, sanksiya məbləği 10 % azaldılacaq. Digər mühüm dəyişiklik isə gecikdirilmiş borclara görə hesablanan faizlərlə bağlıdır. Belə ki, hər gecikdirilmiş gün üçün hesablanan 0,1 % dəbbə pulunun 0,05%-ə, yəni iki dəfə azaldılması nəzərdə tutulur".
O qeyd edib ki, bununla da qanunvericiliyə riayət etmək və vergi borclarını vaxtında ödəmək istəyən vergi ödəyiciləri üçün əlavə imkanlar yaradılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 Noyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















