Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır.
Elmi işçilərin əksəriyyətinin maaşları isə çox aşağıdır" Hesabat ilində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın icrası üçün 6 milyard 390 milyon manat məbləğində vəsait yönəldilib.
Bu, strategiya üzrə icra edilmiş vəsaitin əvvəlki illə müqayisədə 705 milyon manat az olması deməkdir.
"Hurriyyet.Az" “AzPolitika”-a istinadla xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Millət vəkili vurğulayıb ki, azalma əsasən adıçəkilən strategiyanın “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” istiqaməti üzrə qeydə alınıb: “Halbuki dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu istiqamətində, xüsusən də regionlarda yığılıb qalmış problemlərin – o cümlədən layiqli əməkhaqqı olan rəqabətədavamlı iş yerlərinin açılması istiqamətində – görülməsi vacib olan xeyli işlər mövcuddur.” Ə.
Məsimli qeyd edib ki, 2024-cü ildə elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 197,2 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 38,9 milyon manat və ya 16,5 faiz azdır: “Hesabat ilində elm xərcləri ÜDM-in 0,16 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib.
Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır.