Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. AMEA Naxçıvan Bölməsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi ko
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, konfransdan öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin
“Əbədi yaşar lider” adlı konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusudur.
Xalqın yaddaşına əsl xilaskar kimi həkk olmuş Heydər Əliyev Ümummilli lider statusunu gərgin və uzaqgörən siyasi fəaliyyəti, Azərbaycanın sabahı üçün gördüyü mühüm işlərlə qazanmışdır.
Bölmə sədri Ümummilli liderin yüksək idarəçilik bacarığından, yürütdüyü uzaqgörən siyasətdən və həmin siyasətin bu gün ölkənin inkişafına bəxş etdiyi töhfələrdən söz açıb.
Məruzələrin təqdimatı ilə öz işinə davam edən konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA- nın müxbir üzvü Əbülfəz Quliyev “Ümummilli lider Heydər Əliyev və Türk dünyasının inkişaf strategiyası”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Vətənə və xalqa xidmətin nümunəsi”, Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “Ulu öndər Heydər Əliyev və klassik irs” mövzusunda məruzə ediblər.
AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Ümummilli liderin fəaliyyətində Türk dünyasının birliyi məsələsinin yerindən, türk dövlətləri arasında mədəni əlaqələrin genişləndirilməsi və türk xalqlarının mədəni-mənəvi birliyi məsələsi ilə bağlı həyata keçirdiyi işlərdən bəhs edib.