Icma.az
close
up
RU
Əbədiyaşar liderin ölməz məfkurə irsi

Əbədiyaşar liderin ölməz məfkurə irsi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, konfransdan öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

“Əbədi yaşar lider” adlı konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Akademik çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusudur. Xalqın yaddaşına əsl xilaskar kimi həkk olmuş Heydər Əliyev Ümummilli lider statusunu gərgin və uzaqgörən siyasi fəaliyyəti, Azərbaycanın sabahı üçün gördüyü mühüm işlərlə qazanmışdır.

Bölmə sədri Ümummilli liderin yüksək idarəçilik bacarığından, yürütdüyü uzaqgörən siyasətdən və həmin siyasətin bu gün ölkənin inkişafına bəxş etdiyi töhfələrdən söz açıb.

Məruzələrin təqdimatı ilə öz işinə davam edən konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA- nın müxbir üzvü Əbülfəz Quliyev “Ümummilli lider Heydər Əliyev və Türk dünyasının inkişaf strategiyası”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Vətənə və xalqa xidmətin nümunəsi”, Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “Ulu öndər Heydər Əliyev və klassik irs” mövzusunda məruzə ediblər.

AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Ümummilli liderin fəaliyyətində Türk dünyasının birliyi məsələsinin yerindən, türk dövlətləri arasında mədəni əlaqələrin genişləndirilməsi və türk xalqlarının mədəni-mənəvi birliyi məsələsi ilə bağlı həyata keçirdiyi işlərdən bəhs edib. Ulu öndərin İstanbul Bəyannaməsinin imza mərasimində söylədiyi nitqdən gətirdiyi nümunələr əsasında Heydər Əliyevin türk dövlətləri qarşısında müəyənləşdirdiyi vəzifələri diqqətə çatdırıb. Bu gün daha da güclənən Türk dünyasının timsalında reallaşan Heydər Əliyev ideyalarından söz açıb.

AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev məruzəsində Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövründə ölkədə baş verən inkişaf və yeniliklərdən danışıb.

Alim Heydər Əliyevin qanlı 20 Yanvar hadisəsinə verdiyi obyektiv qiyməti, nümayiş etdirdiyi qətiyyətli mövqeyi onun Azərbaycanın xilaskarı missiyasını uğurla yerinə yetirəcəyinə işarə kimi səciyyələndirib. Parçalanmaq təhlükəsi ilə üzləşən ölkənin xilası, Ermənistanla atəşkəsin imzalanması, neft strategiyası sahəsində görülən işlər, beynəlxalq investorların ölkəyə cəlb olunması, dünya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasında Ulu öndərin mühüm rolunu vurğulayıb. Ömrünü xalqın gələcəyinə həsr etmiş dahi liderin azad, müstəqil Azərbaycanın işıqlı sabahı üçün gördüyü işlərdən bəhs edib. Heydər Əliyev ideyalarının bu gün də uğurla davam etdirildiyini dilə gətirib.

Filologiya elmləri doktoru Fərman Xəlilov “Ulu öndər Heydər Əliyev və klassik irs” mövzulu məruzəsində Ümummilli liderin mədəniyyətimizə, ədəbiyyatımıza qayğısından danışıb.

Məruzə Heydər Əliyevin “Kitabi – Dədə Qorqud” irsinin gələcək nəsillərə daha dolğun çatdırılmasını və tədqiqatçıların əsərdən istifadəsini təmin etmək məqsədilə imzaladığı sərəncam, dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin tədqiqi, təbliği və mühafizəsi, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılması ilə bağlı görülən işlər və dahi şair Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi kimi 4 mühüm məsələni əhatə edib. Fakt və mənbələrdən gətirdiyi nümunələr əsasında fikirlərini izah edən alim sonda Heydər Əliyev ideyaları əsasında irəliləyən Azərbaycanın müasir inkişafına nəzər yetirib.

Səbuhi HƏSƏNOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri