Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Əminliklə demək olar ki, o, məhz qəhrəmanlıq üçün doğulanlardandır.
Özündən 3 yaş böyük olan həmyerlisi Mübariz İbrahimovun dünyaya səs salan hünəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Nihad Babayevi də ruhlandırmış və Vətən naminə hər cür fədakarlığa səfərbər etmişdi.
Gənc leytenant Xüsusi Təyinatlı Qüvvələrdə təlim kursunu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib.
Daha sonra Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib.
Nihad peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilirdi.
Daim qisas hissi ilə yaşayır, kumiri Mübarizin qəhrəmanlığını təkrarlamağı arzulayırdı.
2018-ci ildə məlum Günnüt əməliyyatı zamanı artıq baş leytenant olan Nihad Babayev elə ilk fürsətdəcə Azərbaycan hərbçisinin nələrə qadir olduğunu göstərə bilib.
Düz 3 gün eyni mövqedə gizlənib və erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurub.