Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Əbədiyyət ünvanlı leytenant

Əbədiyyət ünvanlı leytenant

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əminliklə demək olar ki, o, məhz qəhrəmanlıq üçün doğulanlardandır. Özündən 3 yaş böyük olan həmyerlisi Mübariz İbrahimovun dünyaya səs salan hünəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Nihad Babayevi də ruhlandırmış və Vətən naminə hər cür fədakarlığa səfərbər etmişdi.

Gənc leytenant Xüsusi Təyinatlı Qüvvələrdə təlim kursunu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilirdi. Daim qisas hissi ilə yaşayır, kumiri Mübarizin qəhrəmanlığını təkrarlamağı arzulayırdı. 2018-ci ildə məlum Günnüt əməliyyatı zamanı artıq baş leytenant olan Nihad Babayev elə ilk fürsətdəcə Azərbaycan hərbçisinin nələrə qadir olduğunu göstərə bilib. Düz 3 gün eyni mövqedə gizlənib və erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurub. Günnüt əməliyyatı sayəsində eyniadlı kəndlə bərabər, “Ağbulaq” yüksəkliyi, Qızılqaya və Qaraqaya dağlarından ibarət geniş ərazi işğaldan azad edilib.

...Nihad yenicə kapitan rütbəsi almışdı ki, Vətən müharibəsi başlandı. Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan zabit təkidlə hərbi komandanlığa müraciət etdi ki, Qarabağa göndərilsin. Nəhayət, oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə onun da adı salındı.

Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə yaxından iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan “RPG 7” ilə təchiz olunub.

Oktyabrın 29-də Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə şəhid olub. Həmin vaxt yaralanan hərbçi Kərim Əliyev bildirib ki, döyüş zamanı ilk o yaralanıb. Bunu komandiri Nihad Babayevə deyərək ondan özünü qorumasını istəyib. Əsgərinin yaralanmasından qəzəblənən kapitan Babayev nərilti ilə irəli atılaraq rəhbərlik etdiyi qrupdan xeyli aralıda təkbaşına düşmənin üstünə od yağdırıb. Təxminən 10 dəqiqə döyüşdükdən sonra erməni snayperinin gülləsinə tuş gəlib. Vurulandan sonra daha bir neçə dəqiqə döyüşə bilib. O, bax, belə bir igid idi.

Yaxın qonşum olan tanınmış şair, Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəlli ilə söhbətlərimin birində dedim ki, sizin kənd uğrunda döyüşlərdə Nihad Babayev adlı kapitan qəhrəmanlıqla həlak olub. Dedi, bilirəm, Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin. “Əvvəllər kəndimizin ətrafında bir-iki dağ vardı, indi o ərazilər neçə-neçə şəhidin hər birinin adına hünər dağları ilə əhatələnib. Qələbədən sonra yazdığım şeirləri elə Nihad Babayevin və bütün şəhidlərimizin ruhuna bağışlayıram.

Biz vətənə can demir, canı qurban deyirik,
Yüzillik düşmənini 44 günə əyirik!
Bu şanlı qələbəmiz şər üstündə xeyirin,
Sərt qışın üzərində yazın qələbəsidir.
Şəhidlərimiz şər üstündə xeyirin qələbəsini təmin edənlərdir”.

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülən Nihad Babayev ardınca “Vətən uğrunda”, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Ailəsi Nihadın əşyalarından ibarət ev-muzeyi yaradıb. Orada ona məxsus şəxsi əşyaları, saysız-hesabsız sertifikatları, fəxri fərmanları, orden və medalları yer alıb. 2021-ci ildə Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin adı verilib.

Bəli, o ölməyib, əbədiyyətə qovuşub.

Ə.ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see312

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see237

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see219

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see203

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see198

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see197

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see196

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see195

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see195

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see194

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see194

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see193

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see192

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see192

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see191

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see190

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see189

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see187

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see187

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri