Əbəs yerə deyilməyib ki Qanlı Yanvar... FOTOREPORTAJ | Icma.az
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Şaxtalı həmin qanlı yanvar gecəsində törədilən faciədən 36 il ötür.
Əbəs yerə deyilməyib ki, Qanlı Yanvar... O soyuq, şaxtalı gecədə yüzlərlə insanın həyatına son qoyuldu.
Yüzlərlə insan, qadın, uşaq, qoca demədən kütləvi şəkildə, amansızcasına qətlə yetirildi.
20 Yanvar faciəsi bu gün Azərbaycan xalqının yaddaşında canlı, ağrılı, bununla bərabər qürurverici bir tarix kimi yaşayır.
Həmin gecə doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan qeyrətli Azərbaycan övladları sovet ordusunun tankları və silahları qarşısında geri çəkilmədi, canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar.
O gecə tökülən qan yalnız bir faciənin deyil, həmçinin xalqın milli mübarizəsinin, birlik və azadlıq iradəsinin rəmzinə çevrildi.
20 Yanvar bu gün təkcə matəm günü deyil, eyni zamanda azadlıq uğrunda dirəniş, vətənə sədaqətin və milli kimliyin qorunmasının şanlı tarixi simvoludur.
Qəhrəman şəhidlərin xatirəsi hər növbəti nəsil üçün bir ibrət dərsi, hər bir azərbaycanlı üçün isə mənəvi borcdur.
Tam oxu
Xəbəri oxu