Icma.az
close
up
RU
Əbəs yerə deyilməyib ki Qanlı Yanvar... FOTOREPORTAJ

Əbəs yerə deyilməyib ki Qanlı Yanvar... FOTOREPORTAJ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şaxtalı həmin qanlı yanvar gecəsində törədilən faciədən 36 il ötür. Əbəs yerə deyilməyib ki, Qanlı Yanvar... O soyuq, şaxtalı gecədə yüzlərlə insanın həyatına son qoyuldu. Yüzlərlə insan, qadın, uşaq, qoca demədən kütləvi şəkildə, amansızcasına qətlə yetirildi. 20 Yanvar faciəsi bu gün Azərbaycan xalqının yaddaşında canlı, ağrılı, bununla bərabər qürurverici bir tarix kimi yaşayır. Həmin gecə doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan qeyrətli Azərbaycan övladları sovet ordusunun tankları və silahları qarşısında geri çəkilmədi, canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar. O gecə tökülən qan yalnız bir faciənin deyil, həmçinin xalqın milli mübarizəsinin, birlik və azadlıq iradəsinin rəmzinə çevrildi.

20 Yanvar bu gün təkcə matəm günü deyil, eyni zamanda azadlıq uğrunda dirəniş, vətənə sədaqətin və milli kimliyin qorunmasının şanlı tarixi simvoludur. Qəhrəman şəhidlərin xatirəsi hər növbəti nəsil üçün bir ibrət dərsi, hər bir azərbaycanlı üçün isə mənəvi borcdur.

Ümumxalq Hüzn Günü münasibətilə ölkənin siyasi və ictimai həyatında təmsil olunan şəxslər Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət mərasimində Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri iştirak ediblər. Onlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Ziyarətdə həmçinin Milli Məclisin rəhbərliyi və deputatlar da iştirak ediblər. Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov, vitse-spikerlər Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar və Milli Məclis Aparatının əməkdaşları şəhidlərin ruhu qarşısında baş əyiblər.

Şəhidlər xiyabanını ziyarət edənlər arasında xarici işlər naziri Ceyhun Bayramov, səhiyyə naziri Teymur Musayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər rəsmi şəxslər, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, eləcə də dini icma nümayəndələri də yer alıblar.

Hər il olduğu kimi, bu il də minlərlə vətəndaş Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət edib. Şəhid məzarları önünə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.

20 Yanvar hüznlə yanaşı, eyni zamanda qürurun bir arada yaşandığı gündür. Şəhidlər xiyabanında insanların simasında dərin kədər hissi ilə yanaşı, böyük bir iftixar duyğusu hiss olunurdu. Bu müqəddəs məkanda Vətən müharibəsi iştirakçılarını, qaziləri, hərbçiləri, dövlət qurumlarının nümayəndələrini, veteranları, gəncləri və məktəbliləri görmək mümkün idi. Ata-analar övladlarını, nənə və babalar nəvələrini özü ilə gətirərək onlara 20 Yanvar faciəsinin tarixi əhəmiyyətini, şəhidlərin Vətən və xalq qarşısında göstərdikləri misilsiz fədakarlığı, habelə b günü milli yaddaşın və müstəqillik mübarizəsinin unudulmaz dərsi kimi aşılayırdılar.

Azərbaycan xalqı bu tarixi faciəni unutmur, onu azadlıq yolunda dönməz iradəsinin sübutu kimi yaşadır. 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, bu qanlı faciə isə xalqımızın azadlıq və müstəqillik uğrunda göstərdiyi dönməz iradənin rəmzi kimi tarixdə qalacaq.

Modern.az Şəhidlər Xiyabanından fotoreportajı təqdim edir:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2026 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri