Əbu Dabi 2027 ci ildə Dünya Sülh Uğrunda Dinlər Assambleyasına ev sahibliyi edəcək

25.06.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi 2027-ci ildə 11-ci Dünya Sülh Uğrunda Dinlər Assambleyasına ev sahibliyi edəcək.

AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, qərar Mavrikidə keçirilən Sülh Naminə Dinlər Beynəlxalq Şurasının iclasında qəbul olunub. Bildirilib ki, Əbu-Dabinin seçilməsi BƏƏ-nin tolerantlıq, insan qardaşlığı, dinlərarası dialoq və qlobal sülhün təşviqi istiqamətində həyata keçirdiyi siyasətə beynəlxalq etimadın göstəricisidir.

2027-ci ildə keçiriləcək assambleyada 120-dən çox ölkədən dini liderlərin, siyasətçilərin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspert və alimlərin iştirakı gözlənilir.

Qeyd edək ki, Dünya Sülh Uğrunda Dinlər Assambleyası hər beş-yeddi ildən bir keçirilən və dünyanın ən nüfuzlu çoxtərəfli dinlərarası platformalarından biri hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью