Əbu Dabi 2027 ci ildə Dünya Sülh Uğrunda Dinlər Assambleyasına ev sahibliyi edəcək
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi 2027-ci ildə 11-ci Dünya Sülh Uğrunda Dinlər Assambleyasına ev sahibliyi edəcək.
AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, qərar Mavrikidə keçirilən Sülh Naminə Dinlər Beynəlxalq Şurasının iclasında qəbul olunub. Bildirilib ki, Əbu-Dabinin seçilməsi BƏƏ-nin tolerantlıq, insan qardaşlığı, dinlərarası dialoq və qlobal sülhün təşviqi istiqamətində həyata keçirdiyi siyasətə beynəlxalq etimadın göstəricisidir.
2027-ci ildə keçiriləcək assambleyada 120-dən çox ölkədən dini liderlərin, siyasətçilərin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspert və alimlərin iştirakı gözlənilir.
Qeyd edək ki, Dünya Sülh Uğrunda Dinlər Assambleyası hər beş-yeddi ildən bir keçirilən və dünyanın ən nüfuzlu çoxtərəfli dinlərarası platformalarından biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 25 İyun 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















