“Əclaf, quldur...” Paşinyandan Köçəryan və Oskanyanla bağlı sərt sözlər | Icma.az
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanı və keçmiş xarici işlər naziri Vardan Oskanyanı əclaf, quldur adlandırıb.
Turkustan.az xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı müxalifətə qarşı sərt ittihamlar səsləndirib.
Bildirib ki, indiyə qədər konkret ad çəkməsə də, bundan sonra hər kəsin adını qeyd edəcək: “Əvvəlki iclasların birində Dilican uşaq bağçasının adını çəkdim, onun keçmiş məmur ailəsinə məxsus olduğunu dedim.
Sonra həmin məmur əlinə xəncər alaraq, bəzi yazılar yazmağa başladı. Həmin şəxs keçmiş nazir Vardan Oskanyandır.
Oskanyan və həyat yoldaşı Dilican uşaq bağçasını ələ keçirib.
Son vaxtlar isə baş nazirin qızına hansısa kollec binasını bağışladığı haqda xəbərlər yayılır. Bunlar təsadüf deyil.
Çünki qeyri-qanuni əmlakın müsadirə olunması məsələsi gündəmdədir.
Tam oxu
Xəbəri oxu