Icma.az
close
up
RU
“Əclaf, quldur...” Paşinyandan Köçəryan və Oskanyanla bağlı sərt sözlər

“Əclaf, quldur...” Paşinyandan Köçəryan və Oskanyanla bağlı sərt sözlər

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanı və keçmiş xarici işlər naziri Vardan Oskanyanı əclaf, quldur adlandırıb.

Turkustan.az xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı müxalifətə qarşı sərt ittihamlar səsləndirib. Bildirib ki, indiyə qədər konkret ad çəkməsə də, bundan sonra hər kəsin adını qeyd edəcək:

“Əvvəlki iclasların birində Dilican uşaq bağçasının adını çəkdim, onun keçmiş məmur ailəsinə məxsus olduğunu dedim. Sonra həmin məmur əlinə xəncər alaraq, bəzi yazılar yazmağa başladı. Həmin şəxs keçmiş nazir Vardan Oskanyandır. Oskanyan və həyat yoldaşı Dilican uşaq bağçasını ələ keçirib. Son vaxtlar isə baş nazirin qızına hansısa kollec binasını bağışladığı haqda xəbərlər yayılır. Bunlar təsadüf deyil. Çünki qeyri-qanuni əmlakın müsadirə olunması məsələsi gündəmdədir. Belə əmlaka sahib olanlar müxtəlif iddialarla bizim onlarla eyni olduğumuzu göstərməyə çalışır. Onlar əclaf, quldur və fırıldaqçı olduqlarını gizlətmirlər. Qarşılarına baş nazirin onlarla eyni olduğunu göstərmək məqsədi qoyublar”.

Paşinyan Fransada üç milyon avroya əmlak alması haqda yayılan məlumatlara da toxunub.

“Deyirlər ki, baş nazir Fransada üç milyona ev alıb. Fransada bir-iki daşnak var, 3 avroya bir həftə ərzində sayt açıb, orada hər cür cəfəngiyyatı yazır. Robert Köçəryanın rüşvətxor olduğunu biz demirik, bu məhkəmənin qərarı ilə qeyd olunur. Ermənistanın məhkəmə sistemində ikinci prezident olmuş şəxsin rüşvətxor olduğu rəsmən qeydə alınıb. Qoy, məhkəməyə versinlər, bundan sonra mən Robert Köçəryandan danışanda deyəcəm: rüşvətxor Köçəryan. Hər şeyin həddi var. Yunanıstanda adası olduğunu inkar etmirlər. Məhz özlərini müdafiə edə bilmədikləri üçün bizi də quldur və rüşvətxor kimi göstərməyə çalışırlar”, - Paşinyan deyib./publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri