Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb

01.01.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu gündən, yəni yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaş il ərzində 90 gündən çox Rusiya Federasiyası ərazisində qala bilməz.

İndiyə kimi uzunmüddətli vizası olmayan əcnəbilər Rusiya Federasiyasının ərazisində 6 ay ərzində 90 gün qala bilirdilər.

Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, yeni qayda ölkəyə təhsil almaq üçün gələn, patent almış (işləmək icazəsi üçün sənəd-red), işəgötürənlə əmək münasibətləri olan və ya digər hüquqi statusu olan əcnəbilərə şamil edilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью