Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu gündən, yəni yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaş il ərzində 90 gündən çox Rusiya Federasiyası ərazisində qala bilməz.
İndiyə kimi uzunmüddətli vizası olmayan əcnəbilər Rusiya Federasiyasının ərazisində 6 ay ərzində 90 gün qala bilirdilər.
Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, yeni qayda ölkəyə təhsil almaq üçün gələn, patent almış (işləmək icazəsi üçün sənəd-red), işəgötürənlə əmək münasibətləri olan və ya digər hüquqi statusu olan əcnəbilərə şamil edilməyəcək.

Əcnəbilərin Rusiyada qalma müddəti məhdudlaşdırılır
01 Yanvar 2025 15:16
Əcnəbilərin Rusiyada qalma müddəti dəyişdi
23 Avqust 2025 02:13
Rusiyaya gedən əcnəbilərin qalma müddəti AZADILDI
01 Yanvar 2025 15:15
Putin əcnəbilərin Rusiyada elektron viza ilə qalma müddətini artırdı
23 İyul 2025 22:02
Rusiyada əcnəbilərin törətdiyi cinayətlərin sayı artıb RƏSMİ
27 May 2025 14:17

