Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm! | Icma.az
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən ilin noyabrında hərbi sirri yaydığına görə həbs edilən və vaxtından əvvəl, humanitar səbəblərdən apreldə azadlığa çıxan “hərbi ekspert” (dırnaqda yazmağımın səbəbini izah edəcəm) Ədalət Verdiyev Şeyx Teymurun məqaləsindən qəzəbini ifadə edib.
Ədalət Verdiyev Şeyx Teymur imzasının Aynur Camala aid olduğunu ehtimal/iddia edib, “bir redaktor nə üçün öz saytında mənim haqqımda saxta ad ilə yazsın?
Keçmiş deputat öz adı ilə mənim haqqımda yazmağa niyə cürət edə bilməsin?” təəccübünü səsləndirib, sonra da Aynur Camalın ötən əsrdə dərc edilmiş yazılarının surətini paylaşmaqla, “mesaj” göndərib: sanki, “düşmən üzərinə hücum” üçün məqam (daha doğrusu, bəhanə) gözləyirmiş...
Ədalət Verdiyevin statusuna cavab verməyə məcburam – çünki Şeyx Teymur mənim imzalarımdan biridir!
Əvvəla, o məqalənin (“Ədalət Verdiyev əslində niyə həbs olundu?”) Ədalət Verdiyevin əleyhinə olduğunu düşünmək üçün sözügedən yazıda xatırladılan Baboş olmaq kifayət etmir; bundan ötrü mütləq savadsız, söz qanmayan, sözün ruhunu duymayan, anlamaz, beyin əvəzinə başqa zad gəzdirən birisi olmaq lazımdır.
Söz anlayan və dərk edənlər o yazıya göz ata bilərlər: orada peşəkarların sözü və fikrini ifadə etmək üçün bəzən “şou”dan istifadə etməyə məcbur olmasının baiskarı kimi şit və bayağı, mənasız-məzmunsuz videolara, yazılara kütləvi maraq qınanılır; oxucu-dinləyici-tamaşaçıdan daha intellektli olmaq istənilir ki, peşəkarlar vacib məlumatları çatdırarkən, oxunaqlı-baxımlı olması üçün mövzuya “şou” elementləri qatmağa məcbur qalmasınlar – çünki nəticədə səhvə yol verirlər.
Ədalət Verdiyev o yazıda “peşəkar”, “hər kəsin qəbul etdiyi hərbi ekspert” və s. kimi təqdim edilir – bu vaxta qədər belə də tanıyırdım.
Tam oxu
Xəbəri oxu