Icma.az
close
up
RU
Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən ilin noyabrında hərbi sirri yaydığına görə həbs edilən və vaxtından əvvəl, humanitar səbəblərdən apreldə azadlığa çıxan “hərbi ekspert” (dırnaqda yazmağımın səbəbini izah edəcəm) Ədalət Verdiyev Şeyx Teymurun məqaləsindən qəzəbini ifadə edib.

Ədalət Verdiyev Şeyx Teymur imzasının Aynur Camala aid olduğunu ehtimal/iddia edib, “bir redaktor nə üçün öz saytında mənim haqqımda saxta ad ilə yazsın? Keçmiş deputat öz adı ilə mənim haqqımda yazmağa niyə cürət edə bilməsin?” təəccübünü səsləndirib, sonra da Aynur Camalın ötən əsrdə dərc edilmiş yazılarının surətini paylaşmaqla, “mesaj” göndərib: sanki, “düşmən üzərinə hücum” üçün məqam (daha doğrusu, bəhanə) gözləyirmiş...

Ədalət Verdiyevin statusuna cavab verməyə məcburam – çünki Şeyx Teymur mənim imzalarımdan biridir!

Əvvəla, o məqalənin (“Ədalət Verdiyev əslində niyə həbs olundu?”) Ədalət Verdiyevin əleyhinə olduğunu düşünmək üçün sözügedən yazıda xatırladılan Baboş olmaq kifayət etmir; bundan ötrü mütləq savadsız, söz qanmayan, sözün ruhunu duymayan, anlamaz, beyin əvəzinə başqa zad gəzdirən birisi olmaq lazımdır.

Söz anlayan və dərk edənlər o yazıya göz ata bilərlər: orada peşəkarların sözü və fikrini ifadə etmək üçün bəzən “şou”dan istifadə etməyə məcbur olmasının baiskarı kimi şit və bayağı, mənasız-məzmunsuz videolara, yazılara kütləvi maraq qınanılır; oxucu-dinləyici-tamaşaçıdan daha intellektli olmaq istənilir ki, peşəkarlar vacib məlumatları çatdırarkən, oxunaqlı-baxımlı olması üçün mövzuya “şou” elementləri qatmağa məcbur qalmasınlar – çünki nəticədə səhvə yol verirlər.

Ədalət Verdiyev o yazıda “peşəkar”, “hər kəsin qəbul etdiyi hərbi ekspert” və s. kimi təqdim edilir – bu vaxta qədər belə də tanıyırdım.

Bu “ekspert” azacıq araşdırma aparsaydı, onun həbsindən narahat olub, az qala hər gün sorğular verməyimizi və cavab almağa çalışdığımızı öyrənə bilərdi!

İkincisi, Şeyx Teymur imzası ilə yazılan məqalənin bir qadının qələmindən çıxdığını düşünmək üçün mütləq sözün estetikasından və enerjisindən xəbərsiz birisi olmaq lazımdır. İstənilən məqalədə istifadə edilən ifadə, ibarələr, söz bazası və lüğət – müəllifin nəinki qadın və kişi olduğunu, hətta yaşını da müəyyən etməyə imkan verir.

Şeyx Teymur imzası ilə yazılan məqalələrin “lüğət tərkibi”nin qadına aid olmadığını özünə “ekspert” deyən adam mütləq bilməliydi!

Üçüncüsü, niyə “Şeyx Teymur”? Bunu anlamağa Ədalət Verdiyevin intellekti qətiyyən imkan vermədiyi üçün məcburam izah edim: Mənim gün ərzində yazdığım məqalə, şərh, replika, xəbər-tərcümələrin sayı 20-dən çox olur və hər birinə imza qoysam, nəticəni təsəvvür edə bilərsiniz. Ən səs-küylü məqalələrimi belə öz adımla dərc etmirəm, çünki özümü təbliğ etməyi – illah ki, baş redaktoru olduğum saytda – doğru saymıram.

O ki qaldı məsuliyyətə, bütün imzalı-imzasız yazıların yükü hüquqi baxımdan baş redaktora aiddir, təsisçiyə və baş direktora deyil – bunu məhkəmələrə müəlliflə bərabər baş redaktorların verilməsi “təcrübəsi” də təsdiqləyir.

Bunu “mənim şəklimlə dərc etmirsinizsə, sizə şərh vermirəm” deyən və buna görə də Axar.az-da məhdudiyyət tətbiq etdiyim Ədalət Verdiyev anlamaz! Adamdan ekspert kimi açıqlama alanda mütləq öz fotosu ilə - həm də təmtəraqla, həm də özünün göndərdiyi, “lirik-sentimental-dalğın-şairanə” formada çəkilən şəkli ilə - dərc olunmasını tələb edirsə, bu adam təvazökarlığın nə demək olduğunu anlayacaq səviyyədə ola bilməz; bu adamla düşmənə qarşı təbliğat aparılmaz; bu şəxs “düşmənə qarşı” kampaniyada belə özünü gözə soxur!

Dördüncüsü, Ədalət Verdiyev o yazıda “sifariş qoxusu” gəldiyini iddia edir. Yazı, Üzeyir bəyin sözü olmasın, burun soxmaq və iyləmək üçün deyil, oxumaq, dərk etmək və anlamaq üçündür. Deyəsən, hər zaman sifariş icra etdiyindəndir ki, hər tərəfdə “sifariş” axtarır...

Beşinci, bir insanın sözanlamaz, sözün ruhunu duymaz, mətləbqanmaz, nadan olmasının üstünə həm də şantajçı olduğunu əlavə etdikdə, adam olur Baboşun topuğundan aşağı məxluq!

Ötən yazıda peşəkarlara dəyər vermədikləri, baboşları dəstəklədikləri üçün bir çox halda savadlı-intellektli insanların da şoulaşmağa məcbur qalması haqda oxucu-tamaşaçıya sərt tənqidimi geri çəkib, oxucudan-tamaşaçıdan üzr istəyib, bəzi redaktələr etmək istəyirəm:

- Ədalət Verdiyev, üzr istəyirəm ki, sizi peşəkar zabit, tanınmış ekspert kimi təqdim etmişəm;

- Oxucular, üzr istəyirəm ki, sizi baboşlara qaçmaqda, baboşkimiləri dəstəkləməkdə ittiham etmişəm! Çünki siz özünü peşəkar kimi təqdim edənlərdən bir çoxunun - indiki konstekstdə söhbət Ədalət Verdiyevdən gedir - Baboşdan qat-qat aşağı olduğunu çox gözəl bilirsizmiş: olanların içindən seçim etmisinizmiş və bir çoxunun Baboşun topuğunda olmasını anladığınız üçün topuğa yox, “boş”a meyillənmisinizmiş.

Mən ötən yazıda “xəbərdarlıq” etmişdim ki, “o duruma” gedirik – indi, Ədalət Verdiyevin bu “təhlilindən” sonra gördüm ki, “o duruma” gedib-eləmirik, çoxdan ordayıq!

Ötən dəfə yazmışdım ki, “katarsis” lazımdır – yuxarı, “baş” hərəkətə keçməlidir!

Demə, BAŞ hərəkətə keçibmiş, tiktokerlərin gözünə qatılan “ekspertlərin” həbsinin səbəbi bu imiş!..

...Sonda Ədalət Verdiyevdən bir xahiş də edəcəm: Tərcümeyi-halınızda “Azərbaycan Ordusunun ehtiyatda olan zabiti” yazılıb.

Azərbaycan zabiti düşmənə dağ çəkən, düşməni darmadağın edəndir, bu millətin şərəfidir, şöhrətidir, ləyaqətidir, namusudur, qeyrətidir!

Azərbaycan zabiti heç vaxt bir qadını şərləməz!

Azərbaycan zabiti Hüseyn Cavidi satan erməni kimi davranmaz!

Azərbaycan zabiti bu qədər sözanlamaz ola bilməz!

Xahiş edirəm, tərcümeyi-halınızdan “Azərbaycan Ordusunun ehtiyatda olan zabiti” sözünü götürün!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri