Ədəbi əsərlərimiz dünya orbitində | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Azərbaycan ədəbiyyatının xaricdə geniş tanıdılması üçün hələlik hansısa birbaşa dəst
Son vaxtlar məhz bu kimi səylərin sayəsində tanınmış qələm sahiblərimizin xaricdə oxucu auditoriyası formalaşır.
Qardaş Türkiyədə ədəbiyyatın dünyaya çıxarılmasına “dışa açılım” deyilir və əsərlərin xaricdə tanıdılmasına dəstək proqramları var.
Ümid edirik ki, tezliklə bizdə də Mədəniyyət nazirliyinin, tərcümə mərkəzlərinin xəttilə ədəbiyyatımızın xaricdə təbliğinə belə yanaşma sərgilənəcək.
Hələliksə xaricdə nəşr işləri fərdi qaydada gerçəkləşdirilir və bu sahədəki boşluq elə də dərinləşmir.
Bu da var ki, heç də hər yazıçı xaricdəki məşhur nəşriyyatlarla əməkdaşlıq qura, nəşrlərini məşhur internet platformalarına çıxara, böyük kitabxanaların kataloqlarına saldıra, bestseller edə bilmir.
Sona yetməkdə olan 2024-cü ildə nazirliyin, AYB-nin xətti və nəşriyyatlarımızın təşəbbüsü ilə Nizami, Füzuli və digər klassiklərimizin kitabları çap edilib və beynəlxalq sərgi-yarmarkalarda, festivallarda iştirakçılara hədiyyə olunub.
Eləcə də bir sıra yazıçımız əsərinin xaricdə çapının sevincini yaşayıb və dostlarına ərməğan edib.
Tam oxu
Xəbəri oxu