Icma.az
close
up
RU
Ədəbi əsərlərimiz dünya orbitində

Ədəbi əsərlərimiz dünya orbitində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan ədəbiyyatının xaricdə geniş tanıdılması üçün hələlik hansısa birbaşa dəstək qurumunun olmadığı, naşirlərimizin rəsmi qaydada müəllif kitablarını dünya bazarına çıxarmaq ənənəsinin bərqərar edilmədiyi hazırkı vaxtda hər hansı müəllifin öz kitabını ölkə hüdudlarından kənarda çap etdirə bilməsi təqdirolunandır. Son vaxtlar məhz bu kimi səylərin sayəsində tanınmış qələm sahiblərimizin xaricdə oxucu auditoriyası formalaşır.

Qardaş Türkiyədə ədəbiyyatın dünyaya çıxarılmasına “dışa açılım” deyilir və əsərlərin xaricdə tanıdılmasına dəstək proqramları var. Ümid edirik ki, tezliklə bizdə də Mədəniyyət nazirliyinin, tərcümə mərkəzlərinin xəttilə ədəbiyyatımızın xaricdə təbliğinə belə yanaşma sərgilənəcək. Hələliksə xaricdə nəşr işləri fərdi qaydada gerçəkləşdirilir və bu sahədəki boşluq elə də dərinləşmir. Bu da var ki, heç də hər yazıçı xaricdəki məşhur nəşriyyatlarla əməkdaşlıq qura, nəşrlərini məşhur internet platformalarına çıxara, böyük kitabxanaların kataloqlarına saldıra, bestseller edə bilmir.

Sona yetməkdə olan 2024-cü ildə nazirliyin, AYB-nin xətti və nəşriyyatlarımızın təşəbbüsü ilə Nizami, Füzuli və digər klassiklərimizin kitabları çap edilib və beynəlxalq sərgi-yarmarkalarda, festivallarda iştirakçılara hədiyyə olunub. Eləcə də bir sıra yazıçımız əsərinin xaricdə çapının sevincini yaşayıb və dostlarına ərməğan edib. Belə təşəbbüslərə bəzi ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız da qoşulurlar. Əlbəttə, bütün bunlar millətimizin düşüncə tipinin, mədəni-intellektual səviyyəsinin təbliği üçün xüsusilə önəmlidir.

AYB sədri, Xalq yazıçısı Anarın bu barədə söylədiyi fikir həmin aspektdən daim aktualdır: “Dövlətlər və siyasətçilər ölkələr arasında sərhədlər qururlar, yazıçılar və sənət adamları bu sərhədləri aradan götürürlər, insanları bir-birinə yaxınlaşdırırlar. İlk körpü salanlar ədəbiyyatı yaradanlardır”. Elə Anar, həmçinin çağdaş Azərbaycan ədəbiyyatının digər ünlü simaları – Elçin, Çingiz Abdullayev, Məmməd İsmayıl və başqaları bu missiyanı layiqincə daşıyan, xaricdə daha çox tanınan yazıçılardır. Estafeti davam etdirən nisbətən sonrakı nəslin təmsilçiləri də xalqları bir-birinə qovuşduran ədəbiyyat körpüsünü, necə deyərlər, işlək halda saxlamağa və artıq xaricdə tanınmağa başlayıblar.

Şair-publisist Rəşad Məcidin Türkiyədə “Şuşa dəftəri” adlı şeirlər kitabı çap olunub. Kitabda müəllifin Şuşa şəhərini tərənnüm edən silsilə şeirləri ilə yanaşı, müxtəlif illərdə qələmə aldığı poetik nümunələr yer alıb. Türk Ədəbiyyatı Vəqfinin nəşr etdirdiyi “Şuşa dəftəri” kitabında yer alan şeirləri Azərbaycan dilindən Türkiyə türkcəsinə “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar uyğunlaşdırıb. Kitabın korrektoru isə “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət Örməci və Enver Uğur Aykoldur.

Bir neçə gün öncə yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı İranda çap olunub. “Babam, nənəm və kommunizm” adlı toplunun tərtibçisi və naşiri Əlyar Poladdır. Bu, yazıçının qonşu ölkədə nəşr olunan sayca üçüncü kitabıdır.

Bu ilin yazında ABŞ-nin Filadelfiya ştatında yaşayan həmyerlimiz Mahizər Cavadovanın uşaqlar üçün nəzərdə tutulmuş “Altayın Novruz macəraları” kitabı ingilis dilində işıq üzü görüb. Bu nəşr xaricdə yaşayan balaca soydaşlarımızın Azərbaycan adət-ənənələrini öyrənməsi, Vətənlə bağlılığının artırılması baxımından əhəmiyyətlidir.

Varisin əsərləri daha əvvəl Türkiyədə, İranda, Özbəkistanda, ABŞ-də də çıxıb, mükafatlara da layiq görülüb. Onun “Gecə reysinə bilet” adlı yeni romanı Moskvada “İSP” nəşriyyatında 5000 tirajla işıq üzü görüb. “Müasirlər və klassiklər” adlanan mötəbər seriyadan nəşr edilən roman dərhal böyük ajiotaj yaradıb. Əsəri Rusiyanın tanınmış qələm sahibləri yüksək qiymətləndiriblər. Bu kitab ölkəmizdə gələn il nəşr olunacaq.

Bu günlərdə istedadlı şair Səlim Babullaoğlunun “Cənub küləyi” adlı seçilmiş şeirlər toplusu “Müasir Azərbaycan poeziyası ingilis dilində” layihəsi çərçivəsində AYB və Türkiyənin İLESAM Birliyinin təqdimatı ilə Ankarada tərcümə ilə çap olunub. Hazırda “Müasir Azərbaycan nəsri ingilis dilində” layihəsi üzrə də işlər gedir.

Cəlilabadda yaşayan istedadlı yazıçı Meyxoş Abdullahın 12 hekayədən ibarət yeni “Altıncı mərtəbə” kitabı isə Misirdə işıq üzü görüb. Hekayələri ərəb dilinə tərcümə edən və onu öz vəsaiti hesabına nəşr etdirən məşhur Misir yazıçısı, şairi, elm xadimi Ashraf Aboul-Yazid Ashraf-Dalidir.

Biz yazarlarımızın bu il xaricdə çap olunmuş kitablarının bir qismini xatırlatdıq. Amma ümumi sayın elə də yetərli olduğunu deyə bilmərik. Arzu edirik ki, yaradıcı təmaslar genişlənsin və gələn il ədiblərimizin əsərləri dünyada ən çox oxunan ispan, ingilis, fransız dillərində ardıcıl təqdim edilsin. Qoy, Azərbaycan ədəbiyyatına dünya yaxından bələd olsun.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see650

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see367

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see282

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see276

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see253

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see251

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see220

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see205

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see203

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see203

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see201

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see189

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see183

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see181

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see173

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see164

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see164

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see164

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see157

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri