Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəlkə də, Azərbaycan ədəbiyyatının ən miskin, ən kədərli yazıçısıdır Kamal Abdulla.
Həqiqi sevgi, oxucu qazanmaq üçün həyatda əlindən gələn hər şey etsə də, sonda heç nə qazana bilməyən, əliboş bir yazıçıya çevrilməkdir onun yazıçı faciəsi.
Bəli, əslində, Kamal Abdulla tənha və sevgisizdir. Bəs görəsən, bu kədər, bu faciə haqqında düşünübmü özü?
Məsələn, iş otağının qarşısındakı adamlar üzünə yalandan və əlacsızlıqdan güləndən sonra heç düşünübmü mən nə edirəm, niyə belə edirəm?
Əslində, mahiyyət etibarı ilə Kamal Abdulla bir az da təhlükəli insandır.
Bu səbəbdir ki, yazıçı-şairlər də, tənqidçilər də illərlə onu pisləməkdən çəkinib.
Qorxublar və deyiblər ki, “İşdən çıxardacaq, işlədiyimiz yerlərə zəng vuracaq, qarşımızı kəsəcək”.