Icma.az
close
up
RU
Ədəbiyyatın “ədəbi avtoritet”i KONKRET

Ədəbiyyatın “ədəbi avtoritet”i KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəlkə də, Azərbaycan ədəbiyyatının ən miskin, ən kədərli yazıçısıdır Kamal Abdulla.

Həqiqi sevgi, oxucu qazanmaq üçün həyatda əlindən gələn hər şey etsə də, sonda heç nə qazana bilməyən, əliboş bir yazıçıya çevrilməkdir onun yazıçı faciəsi.

Bəli, əslində, Kamal Abdulla tənha və sevgisizdir.

Bəs görəsən, bu kədər, bu faciə haqqında düşünübmü özü?

Məsələn, iş otağının qarşısındakı adamlar üzünə yalandan və əlacsızlıqdan güləndən sonra heç düşünübmü mən nə edirəm, niyə belə edirəm?

Əslində, mahiyyət etibarı ilə Kamal Abdulla bir az da təhlükəli insandır.

Bu səbəbdir ki, yazıçı-şairlər də, tənqidçilər də illərlə onu pisləməkdən çəkinib.

Qorxublar və deyiblər ki, “İşdən çıxardacaq, işlədiyimiz yerlərə zəng vuracaq, qarşımızı kəsəcək”.

Faciənin miqyası o qədər böyükdür, Azərbaycan mediasında belə illərlə onun haqqındakı tənqidi yazıları verməyə bir xəbər, ədəbiyyat saytı olmayıb. Demək olar, haqqında çap medialarında tənqidlər də yoxdur. Sanasan, o ədəbiyyat üfiqində doğan günəşdir. Daha doğrusu, tənqidi yazıları getməyə məhz Kamal Abdulla özü dolayı və biləvasitə olaraq qoymayıb.

Bəli, yazıçı olduğunu iddia edən Kamal Abdulladan insanlar çörəyini itirməmək üçün qorxublar.

Maraqlıdır, görəsən, yazıçılıq iddiası olan Abdullayev Kamal indiyədək neçə insanı işsiz qoyub?

Görəsən, bir insan bir yazıçıdan bu şəkildə qorxmalıdırmı? Bir yazıçı bunu necə rəva görür özünə?

Görəsən, Kamal Abdulla doğrudan da bu “ədəbi avtoritet”liyindən zövq alırmı?

İlahi, Kamal Abdulla tərifçilərinin dilindən səslənən bu cümlələr necə də kədərlidir:

“Məcburam, övladım onun universitetində oxuyur. Məcburam, işdən çıxardar. Məcburam, işimdə problem yaradar. Məcburam, köməklik edib”.

Bilə bilə ki, kimlərsə onu tərifləməyə məcburdur, görəsən, bir yazıçı bütün bunları özünə necə sığışdırır?

İllərdir, Azərbaycanın bir çox yazıçısı, şairi, tənqidçisi məhz onun ofisinə gedən yolda sınıb, otağının qarşısında boynu bükülüb, bağında da beli.

Kimisi işinə görə, kimisi bir tikə əlavə çörəyə, kimisi də övladı universitetdə oxuduğu üçün-hərə bir cür məcbur olub Kamal Abdullaya.

Görəsən, onun özünü və yaradıcılığı sevdirmək üçün başqa yolu olmayıbmı?

Doğrudanmı heç zərrə də narahat olmayıb bütün bu olanlardan?

Belə də mistik insan, yazıçı olarmı?

Dəhşətli məqamdır ki, Azərbaycan ədəbiyyatında heç kimə onun haqqında yazılan məhdiyyələr qədər yazılar yazılmayıb.

Heç AYB sədri Anara da…

Ancaq sevindirici məqam odur ki, o yazılar da onu sevdirə, oxutdura bilməyib.

Görəsən, Kamal Abdulla Azərbaycan ədəbiyyatında illər sonra necə xatırlanacaq?

Bəlkə də, belə:

“Azərbaycan ədəbiyyatında ən çox yaltaqlıq edilən adam”.

Həqiqi yazıçı, həqiqi istedad bütün bu olanlar üçün utanmalı olsa da, Kamal Abdulla bu hissdən min ağac uzaqdır, uzaq.

Çünki o, mistik adam olduğunu qalstuk, pul hesabına təsdiq etdirmək istəyən insandır.

Bihudədir bu ömür, Abdullayev, bihudə.

Bu səbəblərdir ki, Xalq yazıçısı olsa da, haqqında yüzlər, minlərlə yazı yazılsa da, yazdıqlarını məhz ona məcbur qalan ədəbiyyat adamlarından başqa çox da adam oxumayıb.

Bəli, qəzetlər, saytlar nə yazır yazsın, tənqidçilər nə deyir desin, televiziyalar, teatrlar nə göstərir göstərsin, onun haqqında həqiqətlər ən azı bütün ədəbiyyat adamlarına bəllidir və zamanla ümumən ədəbiyyat tarixinə də agah olacaq.

Onda, nə Kamal Abdulla qorxusu olacaq, nə Kamal Abdullaya məcbur adamlar, nə də onun yazdığı yazılar.

Orxan Saffari

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri