Ədliyyə Nazirliyi dindar məhkumlara xüsusi rejim tətbiq olunması təklifinə münasibət bildi…
Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ədliyyə Nazirliyi dindar məhkumlara xüsusi rejim tətbiq olunması təklifinə münasibət bildirib Bu gün istintaq təcridxanalarında məhkumların şəraiti getdikcə yaxşılaşır, kamerada isti-soyuq su, televiziyaya baxmaq şəraiti var.
Sonxeber.az xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
O bildirib ki, dövlət məhkumların da şəraitinin yaxşılaşdırılmasına vəsait ayırır: "Qadağan olunmuş əşyaların dövriyyəsi cinayət tərkibi sayılır.
Təklif edilir ki, biz bu cinayəti həbsdə saxlama yerlərinə şamil edək. Amma bunu etmək məqsədəmüvafiq deyil.
Cinayət Məcəlləsinin 317-ci maddəsi ictimai təhlükə ilə bağlıdır. Bu, cəzaçəkmə müəssisəsinin idarəetməsinə mane ola bilər.
Bu gün qadağan edilən əşya sayı 9 olsa da, ən çox istifadə edilən telefondur.
Şəxsdən istintaq təcridxanasına gələndə ona qadağan olmuş əşya ilə bağlı xəbərdarlıq edilir".
Tam oxu
Xəbəri oxu