Ədliyyə Nazirliyi dindar məhkumlara xüsusi rejim tətbiq olunması təklifinə münasibət bildirib
Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün istintaq təcridxanalarında məhkumların şəraiti getdikcə yaxşılaşır, kamerada isti-soyuq su, televiziyaya baxmaq şəraiti var.
Sonxeber.az xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
O bildirib ki, dövlət məhkumların da şəraitinin yaxşılaşdırılmasına vəsait ayırır: "Qadağan olunmuş əşyaların dövriyyəsi cinayət tərkibi sayılır. Təklif edilir ki, biz bu cinayəti həbsdə saxlama yerlərinə şamil edək. Amma bunu etmək məqsədəmüvafiq deyil. Cinayət Məcəlləsinin 317-ci maddəsi ictimai təhlükə ilə bağlıdır. Bu, cəzaçəkmə müəssisəsinin idarəetməsinə mane ola bilər. Bu gün qadağan edilən əşya sayı 9 olsa da, ən çox istifadə edilən telefondur. Şəxsdən istintaq təcridxanasına gələndə ona qadağan olmuş əşya ilə bağlı xəbərdarlıq edilir".
Malik Ələkbərov dindar məhkumlarla bağlı təklifə də münasibət bildirib: "Layihədə onlara Ramazan bayramında xüsusi rejim tətbiq olunması təklif edilir, amma bu da məqsədəuyğun deyil. Çünki o, 4-də durub səhər imsak etsə, rejim pozula bilər. Bu təklifə yenidən baxılmalıdır".
Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan layihədə dindar məhkumlarla bağlı ayrı rejimin tətbiq edilməsi ilə bağlı təklif olduğunu diqqətə çatdırıb.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















