ƏDV ni “Leobank”a vurdu, ABB yə köçdü

09.10.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Sosial şəbəkədə bank müştərilərinin "ƏDV geri al" sistemi ilə bağlı sualları və çaşqınlıq yaranıb.

“Yeni Sabah” xəbər verir ki, vətəndaşlar qəbzləri bir bank tətbiqi vasitəsilə skan etsələr də, toplanan vəsaitin başqa bank hesabına daxil olmasından narahatdılar.

Sosial media istifadəçisi Nunu Əliyeva paylaşımında “Leobank” tətbiqi üzərindən əməliyyat aparmasına baxmayaraq, "ƏDV geri al" məbləğlərinin avtomatik olaraq ABB ("Azərbaycan Beynəlxalq Bankı") hesabına köçürüldüyünü bildirib. O digər istifadəçilərə müraciət edərək oxşar halla üzləşib-üzləşmədiklərini soruşub. pizza mizza

Mütəxəssislərin fikrincə, bu cür hallar adətən istifadəçilərin Dövlət Vergi Xidmətinin "ƏDV geri al" portalında standart (əsas) ödəniş kartı kimi fərqli bir bankı seçməsi ilə bağlı olur. Sistem əməliyyatın hansı tətbiqdə aparılmasından asılı olmayaraq, geri qaytarılan məbləği profildə təyin edilmiş əsas bank hesabına yönəldir. İstifadəçilərə tənzimləmələri şəxsi kabinet vasitəsilə yoxlamaq tövsiyə olunur.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью