ƏDV ni “Leobank”a vurdu, ABB yə köçdü
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Sosial şəbəkədə bank müştərilərinin "ƏDV geri al" sistemi ilə bağlı sualları və çaşqınlıq yaranıb.
“Yeni Sabah” xəbər verir ki, vətəndaşlar qəbzləri bir bank tətbiqi vasitəsilə skan etsələr də, toplanan vəsaitin başqa bank hesabına daxil olmasından narahatdılar.
Sosial media istifadəçisi Nunu Əliyeva paylaşımında “Leobank” tətbiqi üzərindən əməliyyat aparmasına baxmayaraq, "ƏDV geri al" məbləğlərinin avtomatik olaraq ABB ("Azərbaycan Beynəlxalq Bankı") hesabına köçürüldüyünü bildirib. O digər istifadəçilərə müraciət edərək oxşar halla üzləşib-üzləşmədiklərini soruşub. pizza mizza
Mütəxəssislərin fikrincə, bu cür hallar adətən istifadəçilərin Dövlət Vergi Xidmətinin "ƏDV geri al" portalında standart (əsas) ödəniş kartı kimi fərqli bir bankı seçməsi ilə bağlı olur. Sistem əməliyyatın hansı tətbiqdə aparılmasından asılı olmayaraq, geri qaytarılan məbləği profildə təyin edilmiş əsas bank hesabına yönəldir. İstifadəçilərə tənzimləmələri şəxsi kabinet vasitəsilə yoxlamaq tövsiyə olunur.
Baxış sayı:116
Bu xəbər 09 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















