Edvin van der Sar ukraynalı qolkiperin adını çəkdi

03.02.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Yunayted" və Niderland millisinin sabiq qolkiperi Edvin van der Sar yaxın gələcəkdə adından söz etdirəcək qolkiperin adını açıqlayıb. Sport24.az xəbər verir ki, veteran futbolçu yaxın 10 ildə Donetsk "Şaxtyor"un "çərçivə qoruyucusu" Dmitri Riznıkın dünyada "1 nömrə" olacağını bildirib:

"Mən Dmitrinin bəzi oyunlarını izləmişəm. "Şaxtyor"un qapısıçısı çox yaxşı təsir bağışlayır. Ondan çox şey gözləyirəm. Donnaruma da gəncdi, böyük təcrübəsi var. Açığı, onun da oyununu bəyənirəm".

Qeyd edək ki, Ukrayna klubunun 26 yaşlı qolkiperi cari mövsümdə bütün turnirlərdə ümumilikdə 26 oyuna çıxıb. Riznık daha əvvəl "Vorskla"nın formasını geyinib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью