Edvin van der Sar ukraynalı qolkiperin adını çəkdi
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Yunayted" və Niderland millisinin sabiq qolkiperi Edvin van der Sar yaxın gələcəkdə adından söz etdirəcək qolkiperin adını açıqlayıb. Sport24.az xəbər verir ki, veteran futbolçu yaxın 10 ildə Donetsk "Şaxtyor"un "çərçivə qoruyucusu" Dmitri Riznıkın dünyada "1 nömrə" olacağını bildirib:
"Mən Dmitrinin bəzi oyunlarını izləmişəm. "Şaxtyor"un qapısıçısı çox yaxşı təsir bağışlayır. Ondan çox şey gözləyirəm. Donnaruma da gəncdi, böyük təcrübəsi var. Açığı, onun da oyununu bəyənirəm".
Qeyd edək ki, Ukrayna klubunun 26 yaşlı qolkiperi cari mövsümdə bütün turnirlərdə ümumilikdə 26 oyuna çıxıb. Riznık daha əvvəl "Vorskla"nın formasını geyinib.
Bu mövzuda digər xəbərlər:Edvin van der Sar “Mançester Yunayted”in qapıçısının keyfiyyətini dəyərləndirib
23 Fevral 2026 15:15
Edvin van der Sar 3 ən yaxşı qapıçının adlarını dedi: Mən onun pərəstişkarıyam
23 Fevral 2026 18:10
Edvin van der Sarın inanılmaz rekordu yenə qırılmadı
14 Noyabr 2025 19:12
Rafinya onların adını çəkdi
25 Mart 2025 23:00
Putin bəyəndiyi liderin adını çəkdi
22 Dekabr 2024 13:04
Baxış sayı:126
Bu xəbər 03 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















