Efiopiya Sudan: ittihamlar davam edir

17.11.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sudan və Efiopiya bir-birini mərkəzi hakimiyyətə qarşı çıxan silahlı qruplaşmalara dəstək verməkdə ittiham edirlər. “Reuters” xəbər verir ki, Sudan ordusu Efiopiyanı qiyamçı Çevik Dəstək Qüvvələrinə öz ərazisində hərbi düşərgələr yaratmağa, pilotsuz uçuş aparatları buraxmağa və Sudan ərazisinə hücumlar həyata keçirməyə şərait yaratmaqda ittiham edir. Sudan bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına və Afrika İttifaqına şikayətlər ünvanlayaraq sübutlar təqdim etdiyini bildirib. Efiopiya isə Sudan ordusunu Tiqray bölgəsində federal qüvvələrə qarşı döyüşən üsyançılara dəstək verməkdə günahlandırır. ­Sentyabr ayında bölgədə döyüşlərin yenidən başlaması 2022-ci ildə əldə olunmuş sülh razılaşmasının pozulması ilə nəticələnib. Hər iki tərəf qarşılıqlı ittihamları rədd edir.

XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью