Efiopiya Sudan: ittihamlar davam edir
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sudan və Efiopiya bir-birini mərkəzi hakimiyyətə qarşı çıxan silahlı qruplaşmalara dəstək verməkdə ittiham edirlər. “Reuters” xəbər verir ki, Sudan ordusu Efiopiyanı qiyamçı Çevik Dəstək Qüvvələrinə öz ərazisində hərbi düşərgələr yaratmağa, pilotsuz uçuş aparatları buraxmağa və Sudan ərazisinə hücumlar həyata keçirməyə şərait yaratmaqda ittiham edir. Sudan bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına və Afrika İttifaqına şikayətlər ünvanlayaraq sübutlar təqdim etdiyini bildirib. Efiopiya isə Sudan ordusunu Tiqray bölgəsində federal qüvvələrə qarşı döyüşən üsyançılara dəstək verməkdə günahlandırır. Sentyabr ayında bölgədə döyüşlərin yenidən başlaması 2022-ci ildə əldə olunmuş sülh razılaşmasının pozulması ilə nəticələnib. Hər iki tərəf qarşılıqlı ittihamları rədd edir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Noyabr 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















