Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tramp vahid qərar qəbul edə bilmir, gedir həyat yoldaşı ilə dalaşır, küsür, gəlir fikrini dəyişir.İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedirİsrail damokl qılıncını İranın başı üzərində saxlamaq istəyirOnu ABŞ, Avropa dəstəkləyir, İran tərəfində isə müsəlmanların birləşməsində zəiflik var Son dövrlərdə İran, ABŞ və İsrail arasındakı münasibətlər, xüsusilə nüvə məsələləri və regional təhlükəsizlik fonunda daha da gərgin xarakter alıb.
İran parlamentində səsləndirilən bəzi fikirlər və mümkün qanunvericilik təşəbbüsləri, Tehran rəhbərliyinin ABŞ ilə aparılacaq danışıqlara güvənmədiyini göstərir.
Bir neçə gün əvvəl İran parlamentinin qəbul etdiyi qərarda deyilir ki, ön şərtlərimiz həyata keçməyənə qədər, Amerika ilə danışıqlara başlamamalıyıq.
Həmçinin qeyd edilir ki, ABŞ dialoqdan İranı aldatmaq və İsrailin qəfil hücumunu gizlətmək kimi istifadə etdiyi üçün hazırkı şəraitdə danışıqlar aparmaq olmaz.
Baş verənlər isə Yaxın Şərqdə prosesləri daha da mürəkkəbləşdirə bilər.İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ABŞ-İran münasibətlərinin son durumu, İsrailin bölgədəki hərbi fəaliyyətlərinə və mümkün yeni münaqişələrin regional təsirlərinə dair Sherg.az-ın sualllarını cavablayıb:-İran parlamentinin ABŞ ilə danışıqları ön şərtlərlə məhdudlaşdırması beynəlxalq diplomatiyada hansı siqnalları verir?-Bəzi deputatlar deyiblər ki, şərtlər qoyaq, amma bu bir qanuna çevrilməyib.
Məsələn qərar verdilər ki, İran MAQATE ilə çalışmayacaq. Ona da bəzi şərtlər qoyublar. Bu sadəcə söhbətdir.
ABŞ danışıqlardan sui-istifadə edərək ondan bir alət kimi istifadə edib, İranı aldadıb.