Icma.az
close
up
RU
Əfşar Süleymani: Tramp papağını qabağına qoyub düşünsə, danışıqlara gedilə bilər SÖHBƏT

Əfşar Süleymani: Tramp papağını qabağına qoyub düşünsə, danışıqlara gedilə bilər SÖHBƏT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tramp vahid qərar qəbul edə bilmir, gedir həyat yoldaşı ilə dalaşır, küsür, gəlir fikrini dəyişir.


İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir


İsrail damokl qılıncını İranın başı üzərində saxlamaq istəyir


Onu ABŞ, Avropa dəstəkləyir, İran tərəfində isə müsəlmanların birləşməsində zəiflik var 



Son dövrlərdə İran, ABŞ və İsrail arasındakı münasibətlər, xüsusilə nüvə məsələləri və regional təhlükəsizlik fonunda daha da gərgin xarakter alıb. İran parlamentində səsləndirilən bəzi fikirlər və mümkün qanunvericilik təşəbbüsləri, Tehran rəhbərliyinin ABŞ ilə aparılacaq danışıqlara güvənmədiyini göstərir. Bir neçə gün əvvəl İran parlamentinin qəbul etdiyi qərarda deyilir ki, ön şərtlərimiz həyata keçməyənə qədər, Amerika ilə danışıqlara başlamamalıyıq. Həmçinin qeyd edilir ki, ABŞ dialoqdan İranı aldatmaq və İsrailin qəfil hücumunu gizlətmək kimi istifadə etdiyi üçün hazırkı şəraitdə danışıqlar aparmaq olmaz. 

Baş verənlər isə Yaxın Şərqdə prosesləri daha da mürəkkəbləşdirə bilər.


İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ABŞ-İran münasibətlərinin son durumu, İsrailin bölgədəki hərbi fəaliyyətlərinə və mümkün yeni münaqişələrin regional təsirlərinə dair Sherg.az-ın sualllarını cavablayıb:


-İran parlamentinin ABŞ ilə danışıqları ön şərtlərlə məhdudlaşdırması beynəlxalq diplomatiyada hansı siqnalları verir?

-Bəzi deputatlar deyiblər ki, şərtlər qoyaq, amma bu bir qanuna çevrilməyib. Məsələn qərar verdilər ki, İran MAQATE ilə çalışmayacaq. Ona da bəzi şərtlər qoyublar. Bu sadəcə söhbətdir. ABŞ danışıqlardan sui-istifadə edərək ondan bir alət kimi istifadə edib, İranı aldadıb. ABŞ Beynəlxalq qaydalara zidd olaraq İrana təcavüz edib. 

Tramp İranla danışıqlara getmək istədiyini bildirirdi. Lakin 2 gündən sonra yenə də "Fordo" nüvə obyekti zərbələrə məruz qaldı.

İranın Xarici İşlər Naziri Abbas Araxçı deyib ki, "onlar diplomatiyanı demək olar ki, özlərinə alət eləyiblər ki, hərbi hücum etsinlər, ona görədə biz sizə inanmırıq". Özəlliklə, Tramp vahid qərar qəbul edə bilmir. Məsələn gedir həyat yoldaşı ilə dalaşır, küsür, gəlir fikrini dəyişir. Sonra da həyat yoldaşı üzünə gülür, təzdən o da gəlib başqa cürə danışır. Bütün məsələrdə-Ukrayna və Avropa məsələsində də o belə edir.


-Yeni müharibə gözlənilirmi?

-İsrail də zərbələr alıb, bilinmir özünə nə vaxt gələcək. Hər halda onlar öz məqsədlərinə çatmayıblar. İrana da iqtisadi, mənəvi cəhətdən ziyan çox dəyib. Yaralıların sayı 5000-dən çox, ölənlərin sayı isə 1000-nə yaxın olub. Dünyada buna səsssiz qalmır. Bir xəbərdə oxudum ki, Amerika Dövlət Departamenti də deyib ki, biz qarantiya verən deyilik, ola bilər, elə danışıqlar ərəfəsində də hücum eləyək. Bir sözlə ABŞ istəyir ki, İran təslim olsun.


-Bu bəyanatda qeyd olunan “İsrailin qəfil hücumu” ifadəsi nəyə işarə edə bilər? İran təhlükəsizlik orqanlarının belə bir gözləntisi real görünürmü?

-Bəzi proqnoz verənlər deyir ki, İsrail damokl qılıncını İranın başı üzərində saxlamaq istəyir. Tramp etiraf etdi ki, İran da İsrailə güclü zərbələr endirib. Onlar nəyi sübut edəcəklərini bilmirlər. İrandakı əsas 3 yeri vurublar. Tehran meydanda təkdir. Dünyanın güc ölkələrinin hamısı İranın qarşısındadır. 120 ölkə İsrailin hücumunu pisləyib. Olanlar BMT-nin məramnaməsinin 4-cü maddəsinin 2-ci bəndinə ziddir, İranın 51-ci maddəyə əsasən özünü müdafiyəyə haqqı var. 

İsrail tək olsaydı bu dəqiqə sağ qalmazdı. Onu ABŞ, Avropa dəstəkləyir. İran tərəfində isə müsəlmanların birləşməsində zəiflik var. İsrail fəxr etməməlidir. Netanyahunun özü etiraf edir ki, ABŞ onlara çox yardım göstərir. 

İran istəsə nüvə bombası düzəltməyə də gedə bilər. ABŞ öz istəklərindən vaz keçib, danışıqlara gəlməlidir.


-ABŞ ilə danışıqların dayandırılması İranın beynəlxalq aləmdəki mövqeyini necə təsir altına ala bilər?

-İran hücum etməyib, hücuma cavab verib. İsrail və ABŞ aranı qarışdırır. Onlar hərbi hücum edir. Danışıqlara davam etsəydilər bu hadisələrin heç biri olmazdı. İndi də danışıqlar əvəzinə hücum məsələsi olarsa region da bu problemlə mütləq üzləşəcək. Beynəlxalq sistemdə problemlər yarana bilər. Bu, neftə təsir göstərə, Hörmüz boğazı bağlana, təhlükəsizlik məsələləri yarana bilər. Bunların hamısının açarı ABŞ-nin əlindədir. ABŞ Putinə avantaj verirdi, axırda da alınmadı. O güzəştin yarısını Tramp burada da əks etdirsəydi konkret məsələlər danışıq yolu ilə həll oluna bilərdi. Vəziyyət qarışsa bunun səbəbkarı ABŞ olacaq.


-Nüvə sazişi və ya ona alternativ mümkün diplomatik mexanizmlər bu mövqedən sonra necə qiymətləndiriləcək?

-Dünya güc dünyasıdır. BMT-ni, Təhlükəsizlik Şurasını sayan yoxdur. Onlar öz maraqlarına uyğun danışırlar. Keçmiş nüvə sazişindən Tramp çıxdı. O, Obamanın imzasını ayaq altına aldı. Bu sazişdən ABŞ çıxandan sonra "5+1" öhdəliyini yerinə yetirmədiyinə görə İranda bu öhdəliyi öz üzərinə götürmədi. Nüvə zənginləşdirilməsinin faizini də, miqdarını da çoxaltdı. ABŞ belə etməsə idi, İran öz öhdəliklərini yerinə yetirməyə davam edəcəkdi. ABŞ-nin sanksiyasına demək olar ki, Avropa da əməl elədi. İndi də deyirlər ki, İranın nüvə məsələsini Təhlükəsizlik Şurasına aparaq. 

Rusiya hətta Çin də ABŞ-nin sanksiyalarına əməl ediblər. Çin İranın neftini ucuz alıb, sanksiya olanda da onun pulunu verməyib. Bunun qarşılığında da İrana lazım olmayan şeylər verib. 

İran elə indi də embarqodadır. Onların verəcəyi reaksiyalar məsələni çətinləşdirə bilər. Məsələ uzandıqca problemlər çoxalır. Hədələməklə işi həll etməyə çalışırlar. Belə olan halda da danışıqlardan söhbət gedə bilməz.


-Vaşinqton bu bəyanatı necə qəbul edə bilər?

-Vaşinqton düşünməməlidir. Onların fikrincə İranın nüvə imkanlarını vurublar. Tramp da dəfələrlə bunu etiraf edib. Allatmadan, şəffaf danışıqlar getməlidir


-İran-ABŞ münasibətlərinin gərginliyi Azərbaycanın da yerləşdiyi bölgəyə hansı formada təsir göstərə bilər?

-Azərbaycanın bir ölkə kimi öz mövqeyi var. Deyirlər ki, İranın gözlədiyi mövqeydən Azərbaycan çıxış etməyib, İsrailin hücumunu tam şəkildə pisləməyib. Amma qeyd etmək lazımdır ki, prezidentlər arasında danışıqlar olub. İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir. Azərbaycanda İran əlehinə, İranda da Azərbaycan əlehinə yazanlar var. Ümumiyyətlə müharibənin yenidən başlayıb, geniş miqyas alacağını düşünmürəm. Bunun çoxlu fəsatları olar. Azərbaycanla İran öz əlaqələrini möhkəmləndirməlidir və qarşılıqlı inamı çoxaltmalıdılar ki, bu məsələlərdə problem yaranmasın.


-Gələcək zamanda bu istiqamətdə hansı hadisələrin şahidi ola bilərik?

-Avropa vaxt qoyub. Mən düşünmürəm ki, bu vaxt ərzində İrana hücum edilsin. Buna ABŞ də izin verməyəcək. Danışıqlar yolu ilə olsa, məsələlər həll olunar. Əgər məsələlər başqa yerə gəlsə gələcək proqnoz konkret verə bilmərik. Çünki müharibə yenidən olsa nələrin baş verəcəyi çox böyük məsələdir. Tramp özünü Netanyahunun əsiri etməməlidir, ABŞ-nin maraqlarını nəzərə almalıdır və İsraildən uzaq durmalıdır. İran diplomatiyasının mənzərəsi açıqdır. Tramp papağını qabağına qoyub düşünsə, danışıqlara gedilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyul 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see236

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see212

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see146

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see145

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see134

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri