Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış növbəti əfv sərəncamı, təkcə hüquqi sənəd deyil, həm də humanizm fəlsəfəsinin canlı ifadəsidir.
Bu sərəncam, Konstitusiyamızda təsbit olunmuş suveren hüquqların və milli mənəvi dəyərlərimizin bir növ körpüsüdür.
Sayca 71-ci olan bu əfv sənədi, həm də dövlətin hüquqla yanaşı mərhəmətlə davranmaq qabiliyyətini nümayiş etdirən tarixi ardıcıllığın davamıdır: 33 dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən, 38 dəfə isə Prezident İlham Əliyev tərəfindən imzalanmış bu sərəncamlar artıq 10 mindən çox məhkumu əhatə edib.
Bu rəqəmlərin arxasında isə ailələrin göz yaşına çevrilən sevinc var, bağışlanmanın gətirdiyi yeni bir başlanğıc var".
Ölkə.az xəbər verir ki, bunu Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Komissiya üzvü qeyd edib ki, əfv aktı – sadəcə cəzanın ləğvi deyil: " Bu, dövlətin öz vətəndaşına bir daha etibar etməsidir.
Bu, insanın dəyişmək və islah olmaq imkanının tanınmasıdır. Əfv, hüquqi məntiqin içərisinə yerləşdirilmiş mənəvi dəyərlər sistemidir – əxlaq