Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əfv aktı sadəcə cəzanın ləğvi deyil Komissiyanın üzvü

Əfv aktı sadəcə cəzanın ləğvi deyil Komissiyanın üzvü

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış növbəti əfv sərəncamı, təkcə hüquqi sənəd deyil, həm də humanizm fəlsəfəsinin canlı ifadəsidir. Bu sərəncam, Konstitusiyamızda təsbit olunmuş suveren hüquqların və milli mənəvi dəyərlərimizin bir növ körpüsüdür. Sayca 71-ci olan bu əfv sənədi, həm də dövlətin hüquqla yanaşı mərhəmətlə davranmaq qabiliyyətini nümayiş etdirən tarixi ardıcıllığın davamıdır: 33 dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən, 38 dəfə isə Prezident İlham Əliyev tərəfindən imzalanmış bu sərəncamlar artıq 10 mindən çox məhkumu əhatə edib. Bu rəqəmlərin arxasında isə ailələrin göz yaşına çevrilən sevinc var, bağışlanmanın gətirdiyi yeni bir başlanğıc var".

Ölkə.az xəbər verir ki, bunu Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü qeyd edib ki, əfv aktı – sadəcə cəzanın ləğvi deyil: " Bu, dövlətin öz vətəndaşına bir daha etibar etməsidir. Bu, insanın dəyişmək və islah olmaq imkanının tanınmasıdır. Əfv, hüquqi məntiqin içərisinə yerləşdirilmiş mənəvi dəyərlər sistemidir – əxlaqi cavabdehlik, sosial barış və insan həyatına verilən ali qiymət.

Azərbaycan hüquq sistemi müstəqillik əldə etdikdən sonra 12 amnistiya aktı qəbul edib. Bu aktlar 160 min şəxsi əhatə etməklə, cəmiyyətin rifahına və sosial sabitliyə mühüm töhfələr verib. Amnistiyalarla yanaşı əfv sərəncamları fərdi yanaşmanı, insanın taleyinə xüsusi diqqəti ehtiva edir. Əfv – cəza deyil, ümid doğurur. Bu, cəzalandırmaq deyil, cəmiyyətə qovuşmaq fürsətidir.
Əfv sərəncamları eyni zamanda sosioloji bir siqnaldır – onlar göstərir ki, cəmiyyət islahı, reabilitasiyanı qəbul edir, qisas deyil, barış yolunu seçir. Hüququn əsas məqsədi intiqam deyil, ədalət və harmoniyadır. Bu mənada Prezidentin əfv səlahiyyətindən istifadə etməsi hüququn humanizm mahiyyətini ön plana çəkir.

Əfv həm də dərin mənəvi-əxlaqi məsələdir. Bu, həm bağışlayan tərəfin böyüklüyüdür, həm də bağışlanan tərəfin yeni həyat şansına layiq görülməsi deməkdir. Əfv alan şəxs artıq sadəcə azadlığa çıxmır – o, cəmiyyətin yenidən etimad göstərdiyi bir fərd kimi çıxır. Bu isə öz növbəsində, onun cavabdehlik və davranış baxımından daha yetkin olması üçün güclü motivasiya yaradır.
Nəticə etibarilə, hər bir əfv sərəncamı dövlətin insan mərkəzli idarəçilik fəlsəfəsinin, hüquqi sistemimizin humanist ruhunun və Prezidentin rəhbərlik etdiyi dövlətin mərhəmət və şəfqətə dayanan gücünün nümunəsidir. Bu, Azərbaycan dövlətinin hüquqla yanaşı vicdanla da idarə edildiyini göstərir. Əfv – ədalət ilə mərhəmətin görüş yeridir".

Mürtəza
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri