“Əfv Komissiyası öz işini mayda yekunlaşdıracaq”

15.03.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası aprel ayında da öz işini davam etdirəcək.

Bu barədə Gununsesi.info-ya Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bu il üçün 4 iclas keçirilməsinə baxmayaraq, hələ də baxılmamış müraciətlər var: “Çox güman ki, Əfv Məsələləri Komissiyası may ayının əvvəllərində öz işlərini yekunlaşdıracaq. Bundan sonra sənədlər cənab Prezidentə təqdim olunacaq”, – deyə, R. Məcid əlavə edib.

Komissiya üzvü, həmçinin qeyd edib ki, həmin 4 iclasda 400-ə yaxın müraciətə baxılıb, qərarlar qəbul olunub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью