“Əfv Komissiyası öz işini mayda yekunlaşdıracaq”
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası aprel ayında da öz işini davam etdirəcək.
Bu barədə Gununsesi.info-ya Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, bu il üçün 4 iclas keçirilməsinə baxmayaraq, hələ də baxılmamış müraciətlər var: “Çox güman ki, Əfv Məsələləri Komissiyası may ayının əvvəllərində öz işlərini yekunlaşdıracaq. Bundan sonra sənədlər cənab Prezidentə təqdim olunacaq”, – deyə, R. Məcid əlavə edib.
Komissiya üzvü, həmçinin qeyd edib ki, həmin 4 iclasda 400-ə yaxın müraciətə baxılıb, qərarlar qəbul olunub.

Əfv Komissiyası bugün toplanır
09 Aprel 2025 09:28
Əfv Komissiyası yenidən TOPLAŞIR
05 Mart 2025 10:30
Əfv Komissiyası bu gün toplanacaq
27 Fevral 2025 10:10
Bu gün Əfv Komissiyası toplanır
23 Aprel 2025 08:14
Əfv Komissiyası sabah toplanır, müraciətlərə baxılacaq
08 Aprel 2025 12:43

