Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Hüquq müdafiəçilərinin bir çoxunun ortaq fikridir ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır”.
Bu sözləri "Yeni Sabah"a Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.
O qeyd edib ki, həbsdən azad olunan insanların işlə təminatında ciddi problemlər var: “Həbsdən azad olunanların hamısının oxşar müşküllərlə üzləşir.
Amma ən başlıcası odur ki, hazırda həbsxanalarda bir çox məhbus var ki, onların əfvə ehtiyacı var.
Hüquq müdafiəçilərinin bir çoxunun ortaq fikridir ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır.
Həbsdən azad edilənlərin reablitasiyası, onların sosial problemləri, işlə təmin edilməsi və bu kimi problemlər illərdir ki, davam edir.
Təəssüf ki, həbsdən azad olunan insanları əksər işlərə qəbul etmirlər.