Icma.az
close
up
RU
“Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır” Mirvari Qəhrəmanlı

“Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır” Mirvari Qəhrəmanlı

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hüquq müdafiəçilərinin bir çoxunun ortaq fikridir ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır”.

Bu sözləri "Yeni Sabah"a Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

O qeyd edib ki, həbsdən azad olunan insanların işlə təminatında ciddi problemlər var:

“Həbsdən azad olunanların hamısının oxşar müşküllərlə üzləşir. Amma ən başlıcası odur ki, hazırda həbsxanalarda bir çox məhbus var ki, onların əfvə ehtiyacı var.

Hüquq müdafiəçilərinin bir çoxunun ortaq fikridir ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır. Həbsdən azad edilənlərin reablitasiyası, onların sosial problemləri, işlə təmin edilməsi və bu kimi problemlər illərdir ki, davam edir. Təəssüf ki, həbsdən azad olunan insanları əksər işlərə qəbul etmirlər. Axı kiminsə cinayət törətməsi o demək deyil, o, bu əməli mütləq bir yenə edəcək”. 

Mirvari Qəhrəmanlı bildirib ki, qanunvericilikdəki bəzi maddələr də keçmiş məhkumlar üçün çətinliklər yaradır:

“Məhbusların reablitasiyası, onların gələcək taleyi haqqında düşünən yoxdur. Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, işə qəbul zamanı müəyyən sənədlər tələb olunur. Bu sənədlərdən biri məhkumluqla bağlı arayışdır.

Düşünürəm ki, əfv olunmuş şəxslərin yenidən sosial həyata adaptasiyası barədə ciddi düşünməliyik. Heç kim ikinci dəfə yenidən həbsxanaya qayıtmaq istəməz. Çox istəyərdim ki, Əfv Komissiyasının tərkibində hüquq müdafiəçiləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da salınsın”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see208

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see194

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see194

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see189

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see153

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri