Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələrinə qəbul məsələsində ciddi şəkildə passivdir.
Nazirliyin ali təhsilin qəbul planı ilə bağlı nə orta müddətli proqnozu, nə strateji sənədi, nə də əmək bazarı ilə koordinasiyalı siyasəti mövcuddur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrinə qəbul mərhələsində olan problemlərdən danışarkən bildirdi.
"Nazirlik indiyədək əmək bazarının ehtiyacları ilə bağlı elmi əsaslı tədqiqat təqdim etməyib.
İxtisas seçimi dövründə isə abituriyentlər üçün yönləndirici maarifləndirmə işi olduqca zəifdir.
Dövlət İmtahan Mərkəzi sadəcə texniki funksiyanı yerinə yetirir. Plan təqdim olunur, müsabiqə keçirilir, nəticələr elan edilir.
Amma bu prosesin arxasında təhsil sisteminin gələcəyi ilə bağlı heç bir nəzəri baza və ya yol xəritəsi yoxdur", - deyə o vurğuladı.