Icma.az
close
up
RU
Əgər bu sahədə dərhal ciddi islahatlara başlanmazsa... Kamran Əsədov

Əgər bu sahədə dərhal ciddi islahatlara başlanmazsa... Kamran Əsədov

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələrinə qəbul məsələsində ciddi şəkildə passivdir. Nazirliyin ali təhsilin qəbul planı ilə bağlı nə orta müddətli proqnozu, nə strateji sənədi, nə də əmək bazarı ilə koordinasiyalı siyasəti mövcuddur".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrinə qəbul mərhələsində olan problemlərdən danışarkən bildirdi.

"Nazirlik indiyədək əmək bazarının ehtiyacları ilə bağlı elmi əsaslı tədqiqat təqdim etməyib. İxtisas seçimi dövründə isə abituriyentlər üçün yönləndirici maarifləndirmə işi olduqca zəifdir. Dövlət İmtahan Mərkəzi sadəcə texniki funksiyanı yerinə yetirir. Plan təqdim olunur, müsabiqə keçirilir, nəticələr elan edilir. Amma bu prosesin arxasında təhsil sisteminin gələcəyi ilə bağlı heç bir nəzəri baza və ya yol xəritəsi yoxdur", - deyə o vurğuladı.

K.Əsədov bildirdi ki, boş qalan yerlərin gələcəkdə də davam edəcəyi ehtimalı yüksəkdir:

"Əgər planlama yanaşması dəyişməzsə, əmək bazarı ilə əlaqə qurulmazsa və universitetlər yalnız reytinqə görə deyil, bazar ehtiyacına uyğun inkişaf etməzsə, qəbul planı kağız üzərində qalacaq. Bu vəziyyət təhsilin kütləviləşməsi ilə keyfiyyətin pozulması arasında tarazlığın itməsinə səbəb olur.

Gələcəkdə dəyişiklik üçün qəbul planları mütləq əmək bazarının proqnozlarına, regionların iqtisadi inkişaf istiqamətlərinə və müasir texnoloji trendlərə uyğun tənzimlənməlidir. Maarifləndirici platformalar yaradılmalı, ixtisas seçimi və təhsil haqqı modelləri daha çevik və fərdiləşdirilmiş formaya keçməlidir. Əgər bu sahədə dərhal ciddi islahatlara başlanmazsa, boş qalan yerlərin faizi artacaq, nəticədə ali təhsilin səmərəliliyi daha da zəifləyəcək və təhsil ictimaiyyəti ilə dövlət qurumları arasında etimad böhranı dərinləşəcək".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri