Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub.
Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub. Qeyd edək ki, MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.
Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.MİDA-da belə halların təkrar olunması və ictimai nəzarətin zəif təşkil olunması fonunda bu tip satışlarda şəffaflıq və ədalət prinsipinin qorunması üçün hansı əlavə mexanizmlər tətbiq olunmalıdır?