Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

“Əgər dövlət mənzillər inşa edirsə, onların satışını həyata keçirən ayrıca bir dövlət qurumu yaradılmalıdır”

“Əgər dövlət mənzillər inşa edirsə, onların satışını həyata keçirən ayrıca bir dövlət qurumu yaradılmalıdır”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub. Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.

Qeyd edək ki, MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

MİDA-da belə halların təkrar olunması və ictimai nəzarətin zəif təşkil olunması fonunda bu tip satışlarda şəffaflıq və ədalət prinsipinin qorunması üçün hansı əlavə mexanizmlər tətbiq olunmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Mehman Muradlı bildirib ki, hazırda Ağır Cinayətlər Məhkəməsində bu məsələ ilə bağlı 9 nəfər təqsirləndirilən şəxs var: “Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən və satışa çıxarılan mənzillərlə bağlı narazılıq halları ilk dəfə deyil. Bundan əvvəl də bu cür hallar yaşanıb və bir çoxunun hüquq-mühafizə orqanlarında araşdırmaları, məhkəmə prosesləri davam edir. Guya mənzil satışları ilə məşğul olan bəzi şirkətlər var idi ki, onların əksəriyyəti hazırda məhkəmə qarşısındadır. Hazırda Ağır Cinayətlər Məhkəməsində 9 nəfər təqsirləndirilən şəxs var və onların başqa epizodlar üzrə də digər hakimlərin icraatında işləri mövcuddur.

Belə hallar təkrarlandıqca, müxtəlif məqamlar ortaya çıxır. Əvvəlki proseslərdə bəzi şəxslərin vasitəçilər yolu ilə elektron sistemə müdaxiləsi qeydə alınmışdı. MİDA-nın mənzil satış sistemi saniyələr içində qərar verməyi tələb edir - təxminən 4-5 saniyə ərzində vətəndaş sistemə daxil olub mənzili seçməli və təsdiqləməlidir. Bu qədər qısa vaxt çərçivəsində qərar vermək ciddi texniki bacarıq və hazırlıq tələb edir. Yəni burada sən saniyələr içində mənzili seçib təsdiqlədikdən sonra sistem səni qalib elan edir və mənzilin sahibi kimi qeydə alır. Bu prosesin şəffaflığını təmin etməyin mümkün yollarından biri ictimai nəzarətdir. Əgər mənzilləri alan şəxslərin adları, peşələri və hansı sahədə çalışdıqları açıqlansa, cəmiyyətdə bir inam formalaşa bilər ki, həqiqətən də adi vətəndaş bu mənzillərə sahib ola bilər. Amma təəssüf ki, çox vaxt məlum olur ki, bu proseslərdə dövlət qurumlarında çalışan bəzi şəxslərin də iştirakı olub. Digər tərəfdən, MİDA-nın tikdiyi binalarla bağlı alqı-satqı fəaliyyəti göstərən bəzi şirkətlər var ki, onlar vətəndaşlara bu mənzilləri satacaqlarını vəd edirlər. Həmin şirkətlərin əməkdaşları binalara sərbəst daxil ola bilirlər, mənzilləri nümayiş etdirirlər və bəzən özlərini MİDA-nın əməkdaşı kimi təqdim edirlər. Bu da vətəndaşlarda inam yaradır və nəticədə həmin şəxslər cinayətkar əməllərini rahatlıqla həyata keçirirlər. Onlar konkret mənzilləri, mərtəbəsini, otaq sayını, kvadrat metrajını göstərərək vəd verirlər və bu prosesi çox rahat şəkildə həyata keçirə bilirlər. Bu halların qarşısını almaq üçün ciddi nəzarət və ictimai açıqlıq vacibdir.

Yenə qeyd etmək istəyirəm ki, MİDA mənzil tikintisinə başladığı vaxtdan bu problemlər tədricən artmaqdadır. Əvvəlki illərlə müqayisədə cinayətkar qrupların sayı azalmaqdansa, əksinə, artır. Məsələn, əvvəllər bu işlərlə bağlı 2 nəfər həbs olunurdusa, hazırda 9 nəfərin işi artıq 2 il yarımdır ki, məhkəmə istintaqındadır və hələ yekunlaşmayıb. Ondan əvvəlki hallarda məhkəmə prosesi başa çatıb və barələrində hökm çıxarılıb. Elə dəstələr var ki, onların da istintaqı davam edir”.

Mehman Muradlı

“Burada əsas məsələ kompleks yanaşmanın vacibliyidir. Problemin qarşısını almaq mümkündür, sadəcə, burada MİDA-nın üzərinə böyük məsuliyyət düşür. MİDA ictimaiyyətdə yaranan suallara vaxtaşırı aydınlıq gətirməli, mənzil əldə etmə qaydaları barədə şəffaf və aydın şəkildə məlumat verməlidir. Bu, vaxtilə SOCAR-da olan vəziyyəti xatırladır. O zaman da işə qəbul adı ilə müxtəlif hallar baş verirdi. Sonradan SOCAR rəsmi şəkildə açıqladı ki, yalnız imtahan və müsabiqədən keçən şəxslər işə qəbul olunur. Eyni yanaşma MİDA üçün də vacibdir - sadəcə bina tikib satmaqla məsələ bitmir.

Hesab edirəm ki, MİDA-nın təkcə tikinti yox, satış funksiyası da daşıması düzgün deyil. Bu, korrupsiya riskini artırır. Əgər dövlət mənzillər inşa edirsə, onların satışını həyata keçirən ayrıca bir dövlət qurumu yaradılmalıdır ki, həmin mənzilləri tiksin və satsın. Podratçı və satıcı eyni olduqda, qərarların hamısı bir tərəfdən verilir və bu, şəffaflığın pozulmasına yol aça bilər”, – deyə Mehman Muradlı qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri