“Əgər şagird sualı başa düşmürsə, demək ciddi problemlər var” İlqar Orucov | Icma.az
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Keçmiş təhsil naziri Misir Mərdanov müsahibəsi zamanı ona verilən 2-ci sinif Riyaziyyat məsələsini həll edə bilməməsindən danışıb.
O, qeyd edib ki, tərtib edib bunu işləyə bilməyənlərin şagirdlərə bu sualları verməsi düzgün deyil.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, dərsliklərimizdə ciddi problemlər var: "Valideynlər bəzən uşaqlara ev tapşırıqlarında kömək etməlidirlər.
Bunu edə bilmirlərsə, deməli, bu suallar düzgün tərtib olunmur, məzmun düzgün qurulmur.
Biz şagirdlərin hüquqlarına kifayət qədər hörmət etməliyik. Şagirdi yükləməklə həmin fənnə olan marağını öldürmüş ola bilərik.
Dərslikləri o qədər başa düşülən dildə, şagird dilində tərtib etməliyik ki, həmin fənnə şagirddə bir sevgi oyansın.
Bir şagirddə ikrah, küskünlük yaratmayaq, məsələnin mahiyyətində bu dayanır.
Tam oxu
Xəbəri oxu