Icma.az
close
up
RU
“Əgər şagird sualı başa düşmürsə, demək ciddi problemlər var” İlqar Orucov

“Əgər şagird sualı başa düşmürsə, demək ciddi problemlər var” İlqar Orucov

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keçmiş təhsil naziri Misir Mərdanov müsahibəsi zamanı ona verilən 2-ci sinif Riyaziyyat məsələsini həll edə bilməməsindən danışıb. O, qeyd edib ki, tərtib edib bunu işləyə bilməyənlərin şagirdlərə bu sualları verməsi düzgün deyil.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, dərsliklərimizdə ciddi problemlər var:

"Valideynlər bəzən uşaqlara ev tapşırıqlarında kömək etməlidirlər. Bunu edə bilmirlərsə, deməli, bu suallar düzgün tərtib olunmur, məzmun düzgün qurulmur. Biz şagirdlərin hüquqlarına kifayət qədər hörmət etməliyik. Şagirdi yükləməklə həmin fənnə olan marağını öldürmüş ola bilərik. Dərslikləri o qədər başa düşülən dildə, şagird dilində tərtib etməliyik ki, həmin fənnə şagirddə bir sevgi oyansın. Bir şagirddə ikrah, küskünlük yaratmayaq, məsələnin mahiyyətində bu dayanır.

Təbii ki, keçmiş təhsil naziri Misir Mərdanovun fikirlərində həqiqət var. Hər zaman qeyd edirəm, Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallarla bağlı da həmçinin diqqətli olmaq çox önəmlidir. Biz universitetlərə qəbul prosesini kifayət qədər çətinləşdirmişik, amma universitetdə oxumaq isə xeyli asandır. Amma biz xarici təcrübəyə baxanda görürük ki, əksinə, universitetlərə qəbul olunmaq asandır, universiteti bitirmək çətindir. Bunun üzərində düşünmək lazımdır".

Alimin sözlərinə görə, əgər şagird sualı başa düşmürsə, demək ciddi problemlər var.

"Problemi dilə gətirən adamları da topla, tüfənglə qarşılamaq düzgün deyil. Bununla bağlı ictimai dinləmələr keçirmək, fikir mübadiləsi aparmaq işin xeyrinədir. Biz bütövlükdə şagirdi robot yetişdirmirik, biz vətəndaş yetişdiririk.

Bu mənada hesab edirəm ki, sualların tərtibində həqiqətən də ehtiyatlı olmalıyıq, peşəkar davranmalıyıq və tədris ümumilikdə şagirdyönümlü olmalıdır, onun inkişafına yönəlmiş formada olmalıdır. Həmçinin çətinlik dərəcəsi də, həm məzmunun, həm sualların çətinlik dərəcəsi də, şagirdin yaş xüsusiyyətlərinə uyğun olaraq düzgün tənzimlənməlidir", - deyə İlqar Orucov bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri