“Əhali hazırda təhlükəsiz şəraitdədir” Video

02.09.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xoşbəxtlikdən tələfat olmayıb, fəsad və ciddi itki qeydə alınmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov rayondakı sursat anbarında baş verən partlayışla bağlı açıqlamasında deyib. 

O bildirib ki, aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində təhlükəsizlik tam təmin olunub: “Hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayanların təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlərə başlanılıb. Əhali hazırda tam təhlükəsiz şəraitdədir. Yanğının söndürülməsi ilə bağlı hazırda müvafiq qurumlar birgə fəaliyyət göstərirlər. Sakinlərin evlərinə hər hansı ziyanın dəyməsi haqda məlumat qeydə alınmayıb”.

Yunis Quliyev 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью