“Əhali hazırda təhlükəsiz şəraitdədir” Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Xoşbəxtlikdən tələfat olmayıb, fəsad və ciddi itki qeydə alınmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov rayondakı sursat anbarında baş verən partlayışla bağlı açıqlamasında deyib.
O bildirib ki, aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində təhlükəsizlik tam təmin olunub: “Hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayanların təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlərə başlanılıb. Əhali hazırda tam təhlükəsiz şəraitdədir. Yanğının söndürülməsi ilə bağlı hazırda müvafiq qurumlar birgə fəaliyyət göstərirlər. Sakinlərin evlərinə hər hansı ziyanın dəyməsi haqda məlumat qeydə alınmayıb”.
Yunis Quliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Sentyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















