Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2024-cü ildə Dövlət Neft Fondu (ARDNF) 7 milyard 128,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Bu, 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur. Təkcə dekabrda ARDNF-in valyuta satışının məbləği 634,5 milyon ABŞ dolları təşkil edib.
Bu isə 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur. Ötən il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməli idi.
Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 662,55 milyon manat az - 12 milyard 118,45 milyon manat olub.
Valyuta satışı ilə bağlı məbləğ bu qədər artırsa, dollara olan bu tələb nədən yaranır?
Əhali, banklar dollara maraq göstərir, yoxsa başqa səbəblər var?
İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”a bildirib ki, Azərbaycan manatının dəyər itirməsi sürətləndikcə, alıcılıq qabiliyyəti aşağı düşdükcə və inflyasiya rskləri artdıqca vətəndaşlar daha çox pullarını dollar ekvivalentində saxlamağa üstünlük verirlər: “Təsadüfi deyil ki, Azərbaycan banklarında qoyulan əmanətlərin ümumi həcmində dollarla saxlanılan əmanətlərin həcmi artıb.