Icma.az
close
up
RU
Əhalinin dollara marağı niyə artıb?

Əhalinin dollara marağı niyə artıb?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ildə Dövlət Neft Fondu (ARDNF) 7 milyard 128,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. 

Bu, 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur. Təkcə dekabrda ARDNF-in valyuta satışının məbləği 634,5 milyon ABŞ dolları təşkil edib.

Bu isə 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur. Ötən il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməli idi.

Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 662,55 milyon manat az - 12 milyard 118,45 milyon manat olub. 

Valyuta satışı ilə bağlı məbləğ bu qədər artırsa, dollara olan bu tələb nədən yaranır? Əhali, banklar dollara maraq göstərir, yoxsa başqa səbəblər var?

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”a bildirib ki, Azərbaycan manatının dəyər itirməsi sürətləndikcə, alıcılıq qabiliyyəti aşağı düşdükcə və inflyasiya rskləri artdıqca vətəndaşlar daha çox pullarını dollar ekvivalentində saxlamağa üstünlük verirlər: 

“Təsadüfi deyil ki, Azərbaycan banklarında qoyulan əmanətlərin ümumi həcmində dollarla saxlanılan əmanətlərin həcmi artıb. Son 6 ayın statistikasına görə, artım 10 faizdən çox olub.

Bir qədər də güvən məsələsidir. Milli valyuta ilə bağlı tərəddüdlər hər zaman olduğu kimi qalmaqdadır. İnflyasiya prosesləri nəticə etibarı ilə manatın alıcılıq qabiliyyətini, dəyərini aşağı salır.

Bundan əlavə xarici risklər qarşısında manat dəyər itirməkdə davam edir. Bu da vəsaiti olan vətəndaşların öz əllərində olan pulu çevirərək dollar kimi saxlamasına üstünlük verməsinə gətirib çıxarır. Digər bir tərəfdən Azərbaycandan xaricə valyuta axını ilə bağlıdır.

Azərbaycanlıların xaricdən əmlak alması, xarici ölkələrə investisiya yatırması, şəxsi vəsaitlərini daha çox xaricə aparmağa çalışması da bu faktorlardandır. Bundan başqa, Azərbaycanda hər il artan statistika mövcuddur ki, gənclər xarici ölkələrdə təhsil almağa daha çox üstünlük verirlər. 

Bu da nəticə etibarı ilə hər bir tələbənin, valideynin xaricə valyuta aparmasına gətirib çıxarır. Bütün bu faktorlar dollar alışını artırır. 

Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurda böyük bir yenidənqurma prosesi həyata keçirilir və tenderdə iştirak edən şirkətlər xammalı xarici ölkələrdən alırlar. 

Buraya həm tikinti materialları, həm elektrik, həm texnikaların alınması və s. daxildir ki, bunlar da xarici ölkələrdən dollarla alınaraq ölkəyə gətirilir. 

Nəticə etibarı ilə vətəndaşlar buradan daha çox dollar almağa başlayırlar. Digər bir tərəfdən Azərbaycan vətəndaşları fərdi olaraq prosesdə iştirak etməklə xarici ölkələrdən avtomobil, nəqliyyat vasitələri alırlar.

Bu zaman da yenə xaricə göndərmək üçün valyuta alışı sürətlənir.

Azərbaycan idxaldan asılı olan bir ölkə kimi neftdən gələn vəsaitin xarici ölkələrə dollar kimi geri qayıtmasına gətirib çıxarır. 

Yaxud da daxildə “ölü investisiyalar”, “ölü kapitala” çevrilərək ya vətəndaş tərəfindən evdə, bankda saxlanılır, ya da geri dönüşümü olmayan investisiya layihələrinə, təmirə, tikintiyə yatırılır. Bu da arzuolunan faktor deyil”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see536

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see279

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see275

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see269

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see257

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see257

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see252

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see249

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see248

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see241

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see235

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see235

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see233

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see231

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see213

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see211

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see207

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see198

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see176

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri