Əhaliyə çağırış: Üç günlük… | Icma.az
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Almaniyada rəsmi qurumların ictimaiyyətə etdiyi çağırışlar təkcə almanları deyil, Avropanı
"Cebheinfo.az" xəbər verir ki, Almaniyanın Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal İdarəsi (BBK) vətəndaşlara diqqətəlayiq bir çağı
Açıqlamada qida, su, nağd pul, batareya ilə işləyən radio və batareya kimi əsas ehtiyacların yığılması lazım olduğu vurğulanıb.
BBK-nın vitse-prezidenti Rene Funk yerli “T-Online” xəbər portalına verdiyi açıqlamada Almaniyanın təkcə hərbi müdafiə qabiliyyətini deyil, həm də mülki müdafiə və fəlakətdən mühafizə imkanlarını artırmalı olduğunu bildirib.
Funk vətəndaşları fövqəladə hallara və elektrik enerjisinin uzunmüddətli kəsilməsinə hazır olmağa dəvət edərək, “Elektrik kəsilməsi təkcə işıqlandırmaya deyil, həm də yemək bişirməyə, su təchizatı və rabitəyə təsir edir.
Biz internetin kəsilməsi və bankomatların sıradan çıxması kimi hallarla da rastlaşa bilərik” deyib.
Almaniyanın kritik infrastrukturuna qarşı son dövrlərdə xarici texniki və hibrid hücumların artdığını bildirən Rene Funk, “Hər gün çox sayda kiber hücuma məruz qalırıq.
Lakin bir çox insanlar elektrik enerjisinin kəsilməsinin yarada biləcəyi ciddi problemlərdən xəbərsizdir”, - deyə xəbərdarlıq edib.
Tam oxu
Xəbəri oxu