Icma.az
close
up
RU
Əhaliyə çağırış: Üç günlük…

Əhaliyə çağırış: Üç günlük…

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Almaniyada rəsmi qurumların ictimaiyyətə etdiyi çağırışlar təkcə almanları deyil, Avropanı da narahat etməyə başlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Almaniyanın Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal İdarəsi (BBK) vətəndaşlara diqqətəlayiq bir çağırış edərək, hər evə ən azı üç günlük ehtiyaclarını ödəmək üçün hazırlıq görməyi tövsiyə edib.

Açıqlamada qida, su, nağd pul, batareya ilə işləyən radio və batareya kimi əsas ehtiyacların yığılması lazım olduğu vurğulanıb.

BBK-nın vitse-prezidenti Rene Funk yerli “T-Online” xəbər portalına verdiyi açıqlamada Almaniyanın təkcə hərbi müdafiə qabiliyyətini deyil, həm də mülki müdafiə və fəlakətdən mühafizə imkanlarını artırmalı olduğunu bildirib.

Funk vətəndaşları fövqəladə hallara və elektrik enerjisinin uzunmüddətli kəsilməsinə hazır olmağa dəvət edərək, “Elektrik kəsilməsi təkcə işıqlandırmaya deyil, həm də yemək bişirməyə, su təchizatı və rabitəyə təsir edir. Biz internetin kəsilməsi və bankomatların sıradan çıxması kimi hallarla da rastlaşa bilərik” deyib.

Almaniyanın kritik infrastrukturuna qarşı son dövrlərdə xarici texniki və hibrid hücumların artdığını bildirən Rene Funk, “Hər gün çox sayda kiber hücuma məruz qalırıq. Lakin bir çox insanlar elektrik enerjisinin kəsilməsinin yarada biləcəyi ciddi problemlərdən xəbərsizdir”, - deyə xəbərdarlıq edib.

Elektrik kəsilməsinin təkcə enerji ilə bağlı xidmətləri deyil, həm də su təchizatını poza biləcəyini ifadə edən Funk vətəndaşlara hazırlaşmaları üçün aşağıdakı tövsiyələri verib:

İşıqlandırma: Batareya ilə işləyən lampalar, şamlar və ya kibrit kimi elektrikə etibar etməyən işıq mənbələrinə sahib olun.

Su ehtiyatı: Gündə adambaşına 1,5 litr olmaqla kifayət qədər miqdarda içməli su saxlayın.

Gigiyena: Şəxsi gigiyena üçün lazımi materialları təmin edin.

Ünsiyyət: Quraşdırma və ya batareya ilə işləyən radio alın.

Nağd pul: Bankomatların işləmədiyi halda nağd pulu saxlayın.

Qida: Bişirmə tələb etməyən və uzun müddət saxlanıla bilən ən azı 72 saatlıq qida ehtiyatı hazırlayın.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri