Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Son günlərdə ölkə ərazisində güclü istilər müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 12–15-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35–39 dərəcə, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 35–39, bəzi yerlərdə isə 41 dərəcəyə qədər yüksələcək.
Dağlıq rayonlarda isə 27–32 dərəcə isti gözlənilir. Belə hava şəraitində gün vurması və günəş yanığı riskləri artır.
Professor Adil Qeybulla Musavat.com-a açıqlamasında əhaliyə mühüm tövsiyələr verib.
Həkim bildirib ki, qlobal istiləşmə nəticəsində bu gün dünyada iqlim ciddi şəkildə dəyişib.
Onun sözlərinə görə, Yer kürəsinin istilik tənzimləmə mexanizmləri pozulub.
İstilər həyat üçün birbaşa təhlükə təşkil etmir, lakin qorunmaq və bəzi qaydalara əməl etmək vacibdir.
Adil Qeybulla qeyd edib ki, isti hava şəraitində bədəndə buxarlanma yolu ilə sürətlə su itkisi baş verir və daxili temperatur yüksəlir.